Bazar ertəsi, 21 İyul, 2025

"Azərbaycan Müəllimi" qəzeti və "Elm və Təhsil Media" onlayn media platforması redaktor (rus dili) vakansiyası elan edir


  • Dərc edildi: 3 İyun, 2025 - 11:02
"Azərbaycan Müəllimi" qəzeti və "Elm və Təhsil Media" onlayn media platforması redaktor (rus dili) vakansiyası elan edir

"Azərbaycan Müəllimi" qəzeti və "Elm və Təhsil Media" onlayn media platforması redaktor (rus dili) vakansiyası elan edir

 

 İş yeri: Bakı şəhəri

İş vaxtı: Həftə içi I–V günlər, saat 09:00–18:00

Son müraciət tarixi: 15 iyun 2025-ci il

 

Tələblər:

Ali təhsil (jurnalistika, filologiya və ya əlaqəli sahələr üzrə üstünlük verilir);

Xəbər və media sahəsində azı 3 il peşəkar redaktə təcrübəsi;

Rus dilini mükəmməl səviyyədə bilmək (şifahi və yazılı);

Elm və təhsil sahəsində ölkə üzrə aparılan islahatlar və yeniliklərdən xəbərdar olmaq;

Analitik düşünmə və məzmun təhlili bacarığı;

"Microsoft Office" proqramlarından istifadə bacarığı;

Dəqiqlik, məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

 

 Vəzifə öhdəlikləri:

Rus dilində təqdim olunan materialların redaktəsi və üslub baxımından işlənməsi;

Təhsil və elm mövzularına dair mətnlərin dəqiqliyinin və dil normativlərinə uyğunluğunun təmin olunması;

Müəlliflər və jurnalistlərlə sıx əməkdaşlıq;

Elm və təhsil sahəsində yayımlanan məlumatların izlənməsi və təhlili.

 

 Vakansiya ilə maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Elektron poçtun mövzu hissəsində “Redaktor vakansiyası” qeyd olunmalıdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3746
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2144
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 200
Bu gündən tələbələri...