Bakıda QadınFest platformasının təşkilatçılığı ilə ikinci dəfə festival keçirilir!
17, 18 və 19 iyun tarixlərində Bakıda QadınFest.az platformasının ikinci dəfə təşkil etdiyi qadın festivalı keçiriləcək. Tədbirin əsas məqsədi qadınlar üçün müxtəlif sahələr üzrə maraqlı spiker və ekspertlərin faydalı çıxışlarını dinləyə biləcəkləri, master klasslarda iştirak edəcəkləri, idman və rəqslə məşğul ola, yeni dostlar qazana və hər cəhətdən faydalı zaman keçirə biləcəkləri mühit yaratmaqdır.
Bu dəfə festival mövzusu olaraq təşkilatçılar “Ailə və qadının ailədə rolu” başlığını seçiblər. Çünki ailə həyatın ən mühüm aspektlərindən biridir və bu və ya digər dərəcədə müasir qadınların həyatını müəyyən edir. Festival spikerlərinin çıxışlarında da “evlilik münasibətləri”, “ailə və karyera”, “bütün ailə üçün sağlam həyat tərzi”, “nikahda münaqişələr”, “uşaqların doğulması və sonsuzluq” kimi bir çox mövzulara toxunulması nəzərdə tutulur. Festivalda psixoloqlar, həkimlər, şəxsi inkişaf koçları, qida bloqerləri, stilistlər, biznes qurucuları və başqa sahələr üzrə fəallar iştirak edəcəkdir.
Festival hibrid formatda təşkil olunub. Festivalda şəxsən iştirak edərək birbaşa suallar ünvanlamaq, master klasslarda iştirak etmək, həmçinin #qadinfest teqindən istifadə etməklə sosial şəbəkələrdən məlumatlanmaq mümkün olacaq.
Festival Park Bulvar ticarət mərkəzində üç müxtəlif hissədə keçiriləcək. Birinci mərtəbədə çıxışlar və master klasslar ilə əsas səhnə planlaşdırılıb, dördüncü mərtəbədə yerləşən Planetariumda da müxtəlif sahələrdən spikerlər çıxış edəcək. Bu hissədə yerinizi rezerv etmək üçün əvvəlcədən qeydiyyatdan keçərək bu görüşlərə yazıla və istədiyiniz sualları şəxsən soruşa bilərsiniz (qeydiyyat forması: shorturl.at/emnHT) və Sağlamlıq Zonası sizi beşinci mərtəbədə gözləyir!
Keçən il pandemiya ilə əlaqədar olaraq festival tamamilə onlayn şəkildə keçirilirdi. Üç gün ərzində platformada Azərbaycan, Türkiyə, Rusiya və ABŞ-dan olan 100-dən çox spiker çıxış etmiş, 2 milyondan çox izlənmə əldə edilmişdi.
Bu dəfəki festivala isə bütün ailənizi gətirin! Sağlamlıq zonası üçün idman formanızı gətirin, uşaqları götürün, çünki onlar üçün də maraqlı seminarlar olacaq, shorturl.at/emnHT saytında spiker çıxışları üçün qeydiyyatdan keçin!
Tədbirin tərəfdaşları və sponsorları sayəsində festivalda iştirak pulsuzdur.
Platforma haqqında: QadınFest.az qadınlar üçün fürsətlər platformasıdır. Çox sadə və rahat formatda hazırlanmış platformada ideya ondan ibarətdir ki, burada qadınlar onlara faydalı resurslara çıxış əldə edə biləcək, onları maraqlandıran suallar vermək imkanı qazanacaq, özlərini yeni rollarda sınayacaq və yeni tanışlıqlar əldə edə biləcəklər. Platforma yaradıcılarının əsas prinsipi isə qadınların faydalı resurslara bərabər çıxışını təmin etməkdir, buna görə də platforma tərəfindən təşkil edilən tədbirlərdə qadınlar üçün iştirak həmişə pulsuz olacaq. Pandemiyanın başa çatması ilə qadınlar üçün daha çox oflayn tədbirlərin təşkili planlaşdırılır.
-
__________________________________________________________________________________________________________________BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:FACEBOOK:Edumap.azİNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur