Bazar araşdırması üzrə Analitik vakansiyası

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC potensial namizədləri Bazar araşdırması üzrə Analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri ·Maliyyə bazarları üzrə lazımi hesabatların tərtibi, səhm bazarlarının ətraflı araşdırılması, əsas fundamental və texniki indikatorlara dair məlumatların toplanması və təhlillərin həyata keçirilməsi; ·Strarteji hədəflərə gedən yolda yarana biləcək risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarəsi üzrə model və metodların seçimi, tətbiqi üçün təkliflərin verilməsi; ·Maliyyə bazarlarının təhlili, risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi; ·Bazar araşdırması və struktur bölmələrdə maarifləndirmə işlərinin həyata keçirilməsi; ·Aparılan bazar təhlillərinin yazılı şəkildə təqdimatı; ·Vəzifə öhdəliklərindən irəli gələn digər öhdəliklərin icrası; ·Risk İştahası Bəyanatının (RAS) risk tolerantlığının və limitlərin vəziyyəti və pozulmasını davamlı olaraq nəzərdən keçirilməsi; ·Stress testləri və ssenari təhlilləri əməliyyat və bazar risklərinin idarəsi, minimuma endirilməsi və qarşısının alınması ilə bağlı təkliflər vermək və bu istiqamətdə fəaliyyətdə iştirak etmək; Namizədlərə əsas tələblər ·Maliyyə, iqtisadiyyat üzrə ali təhsil; ·Sahə üzrə ən azı 2 il iş təcrübəsi (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir); ·Qiymətli kağızlar bazarı və investisiya şirkəti fəaliyyətinə dair biliklər; ·CFA (Sertifikatlaşdırılmış Maliyyə Təmsilçisi) və FRM (Maliyyə Risklərinin İdarə Edilməsi) üzrə sertifikatlara sahib namizədlərə üstünlük verilir; ·Azərbaycan, rus və ingilis dillərində iş aparmaq qabiliyyəti; ·Ticarət terminallarından (Bloomberg, TradingView, Metatrader) istifadə bacarığı üstünlük hesab edilir; ·Güclü analitik bacarıqlar; ·Əla təqdimetmə bacarığı; ·Güclü Power Point və Excel bilikləri; ·Məsuliyyətlilik və operativlik. Maraqlanan şəxslər elektron məktub başlığında “Bazar araşdırması üzrə Analitik” qeyd etməklə öz CV-lərini[email protected]ünvanına göndərə bilərlər. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az