reklam

Biləsuvarda “İbtidai sinif müəllimləri üçün mentorluq və təcrübə mübadiləsi” layihəsi yekunlaşıb

Biləsuvarda “İbtidai sinif müəllimləri üçün mentorluq və təcrübə mübadiləsi” layihəsi yekunlaşıb
Biləsuvar rayonu Nərimankənd kənd S.Yolçuoğlu adına tam orta məktəbində keçirilən “İbtidai sinif müəllimləri üçün mentorluq və təcrübə mübadiləsi” layihəsi yekunlaşıb.
Layihə rəhbəri Günay Nurinin verdiyi məlumata görə, təklif olunan layihənin əsas məqsədi ibtidai sinif müəllimlərin mentorluq qabiliyyətinin inkişaf etdirilməsi, zəif nəticəli ibtidai sinif müəllimlərin isə ixtisas üzrə bilik və bacarıqlarının artırılması, onların tədrisə daha da yaradıcı yanaşmasının öyrədilməsi və şagirdlərdə yüksək düşüncə vərdişlərinin formalaşdırılması vasitələrinin aşılanmasından ibarətdir. Mentorluq üzrə təlimlər, müəllimlərin ilkin diaqnostikası, yeni kurikulumun tədbiqi təlimi və İKT-nin təhsildə tətbiqi təlimi layihənin vəzifələri hesab edilir.
Layihənin məqsəd və vəzifələrinə görə layihənin icrası 5 hissəni əhatə edir: layihənin idarə heyətinin, mentorluq təlimi, müəllimlərin ilkin diaqnostikası, təcrübə mübadiləsi və təlimlər toplusu və hesabatlılıq dövrü.
Layihəhinin icra müddəti 3 ay olmaqla 15 sentyabr 2021 – 15 dekabr 2021-ci il tarixlərini əhatə edib. Layihənin bu tarixlərdə keçirilməsi ibtidai sinif müəllimlərin boş vaxtlarının daha da çox olacağı ilə (avqust və sentyabr aylarından qeyri tədris günləri, oktyabrda isə dərsdən sonra günün ikinci yarısı) əsaslandırmaq olar.
Layihənin məqsədinə nail olmaq üçün həyata keçiriləcək vəzifələrdən irəli gələrək bir sıra gözlənilən nəticələr ortaya çıxır.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az