“Data, İqtisadiyyat və İnkişaf Siyasəti” MicroMaster Proqramı
Xəzər Universitetinin Iqtisadiyyat və Biznes Yüksək Təhsil Fakültəsi ABŞ-ın Massaçusetts Texnologiya İnstitutunun (MIT) İqtisadiyyat Departamenti tərəfindən keçirələcək“Data, İqtisadiyyat və İnkişaf Siyasəti / Data, Economics, and Development Policy (DEDP)”MicroMaster Proqramı üzrə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir. Proqram ölkə inkişafının üzləşdiyi aktual sosial-iqtisadi problemlərin həlli naminə ehtiyac duyulan analitik bacarıqlar, xüsusilə data əsaslı analizlərin aparılması üzrə ixtisaslaşan yeni nəslin formalaşmasını hədəfləyir.
Proqram1 Avqust 2022 – 30 Aprel 2023-cü ildövrünü əhatə edir.
Proqramda iştirak üçün 20 tələbə seçiləcək. Seçim prosesi mərhələli şəkildə olmaqla ilkin olaraq CV və motivasiya məktubu, daha sonra ingilis dili və riyaziyyatdan test imtahanı, sonda isə müsahibə əsasında aparılacaq.
Proqram üzrə dərslər MİT Universitetinin müəllimləri (Nobel mükafatçıları daxil olmaqla) tərəfindən onlayn şəkildə keçiriləcək. Proqram çərçivəsində tələbələrin mürəkkəb nəzəri və praktiki məsələləri daha yaxşı qavraması üçün Xəzər Universitetinin müəllimləri tərəfindən həftəlik köməkçi (fasilitasiya) dərslər təşkil ediləcək.
Proqramla bağlı bütün xərclər SOCAR və onun “Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları tərəfindən tam qarşılanacaq. Proqram barədə daha ətraflı məlumat üçünhttps://micromasters.mit.edu/dedp/linkinə daxil ola bilərsiniz.
Kimlər müraciət edə bilər?
Analitik alətlərdən istifadə etməklə iqtisadi və sosial proqramların dizaynı, tətbiqi və monitorinqi üzrə çalışan və ya bu sahəyə marağı olan, aşağıdakı tələblərə cavab verən şəxslər müraciət edə bilər:
- İqtisadiyyat, Ekonometrika, Statistika, Data Analitikası, Riyaziyyat, Fizika, Mühəndislik, Maliyyə və digər əlaqədar sahələr üzrə minimum Bakalavr təhsili;
- İngilis dili “Upper Intermediate” (B2);
- 35 yaşa kimi olan namizədlər
- Mikroiqtisadiyyat
- Sosial elmlər üçün data analitikası
- İnkişaf siyasətinin əsasları: Ali İnkişaf İqtisadiyyatı
- Təsadüfi (randomized) qiymətləndirmələrin dizaynı və tətbiqi
- Siyasi İqtisad və İqtisadi İnkişaf
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur