Çərşənbə, 20 Avqust, 2025

Datalar, cəmiyyət və rəqəmsallaşma


  • Dərc edildi: 2 İyul, 2021 - 07:44
Datalar, cəmiyyət və rəqəmsallaşma

Azərbaycan Respublikasının Təhsil İnstitutu Sizi, 8 iyul 2021-ci il, saat 19:00-da “Datalar, cəmiyyət və rəqəmsallaşma: İnnovativ təhsil mühitinin formalaşmasında inkişafda olan texnologiyaların rolu” adlı vebinarda iştirak etməyə dəvət edir. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq.
Vebinarda spiker qismində “Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi, Almaniyada süni zəka üzrə “İlin gənc tədqiqatçısı” seçilmiş və Prezident mükafatına layiq görülmüş Günay Kazımzadə çıxış edəcək. O, 2008-2012-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında tətbiqi riyaziyyat sahəsi üzrə bakalavr təhsil alıb. Daha sonra dövlət dəstəyi ilə Almaniyanın Bonn Universitetində kompüter elmləri üzrə magistratura təhsilini davam etdirib. Hal-hazırda Berlin Texniki Universitetində kompüter elmləri üzrə doktorantura təhsili alan G.Kazımzadə, eyni zamanda, Almaniyanın Vayzenbaum İnstitutunda tədqiqat işləri aparır. Bundan əlavə, o, 2019-cu ildə informasiya texnologiyaları sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə “TechCentrum” platformasını təsis edib.
Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 6 iyul 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/3xeadNU

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6911
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1729
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 688
“İnnovativ məktəb” l...