DevOps üzrə aparıcı mütəxəssis vakansiyası

"Elektron Hökumətin İnkişafı Mərkəzi" DevOps üzrə aparıcı mütəxəssis axtarışındadır. Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. DevOps üzrə aparıcı mütəxəssisin gözlənilən fəaliyyətinə aşağıdakılar daxildir: - İnfrastrukturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatının fasiləsiz fəaliyyətini təşkil və təmin etmək; - Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması; - Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması; - Mövcud servislərin dayanaqlılığını təmin etmək; - Bütün dəyişikliklərin sənədləşdirilməsi; - İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak; TƏLƏB OLUNUR: İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə ali təhsili olanlara üstünlük verilir; İngilis və rus dilləri üzrə biliklər; Sahə üzrə ən azı 1 il iş təcrübəsi. Əsas texniki biliklər: - Linux əməliyyat sistemlərinə dair nəzəri və praktiki biliklər; - Provisioning alətlərini başa düşmək və bu alətlərlə bağlı minimum iş təcrübəsinə sahib olmaq; - Cİ/CD alətlərini başa düşmək və bu alətlərlə bağlı minimum iş təcrübəsinə sahib olmaq; - Virtualizasiya texnologiyalarını başa düşmək və bu texnologiyalar ilə təcrübə; - Container texnologiyasını başa düşmək və əhatəli təcrübəyə sahib olmaq - Container orchestration texnologiyası ilə təcrübəyə sahib olmaq; - İstənilən versiya kontrol sistemləri ilə zəruri səviyyədə təcrübəyə sahib olmaq; - Mikroxidmətlər ilə zəruri səviyyədə təcrübəyə sahib olmaq. Arzu olunan texniki biliklər: - CentOS - Ansible - GitLab CI - VMware ESXi - Docker - Kubernetes - Git - Packer - Terraform - Helm - Python Davranış bacarıqları: - Peşəkarlıq və məsuliyyətlilik - Detallara diqqətcillik - Komanda işi - Planlama və təşkiletmə - Aktiv öyrənmə bacarığı - Vaxtın idarəedilməsi - Problem analiz etmə BİZ TƏKLİF EDİRİK: - Rəqabətə davamlı əmək haqqı - Performansa görə mükafatlandırma - Tibbi siğorta - Zəngin təcrübə və peşəkar inkişaf - Müasir standartlara cavab verən işyeri və ən son texnologiyalarla təminat - Mehriban və inklüziv mühit - Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik. - Səmərəlilik bütün planlarımızın məqsədidir - İnnovasiyalar bizi daha da gücləndirir - Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq - Siz yox “Biz” prinsipi ilə çalışırıq - Ortaq məqsədləri paylaşırıq - Təvəzökarlıq komandamızı irəliyə aparır Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və kariyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik! Müraciət üçün:[email protected]və ya[email protected]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az