DOST Agentliyinə səfər təşkil ediləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun (@youthfundaz) dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərbaycan Respublikası əhalisinin dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə Xidmət Mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etmək olan DOST Agentliyinədir.

Səfər zamanı tələbələr qurumun rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olacaq. Bununla yanaşı karyerasını sosial iş üzrə və ya sözügedən qurumda qurmaq istəyən tələbələr öz suallarını birbaşa məsul şəxslərə ünvanlaya biləcəklər. Həmçinin, gənclərə şirkətin əməkdaşları tərəfindən müvafiq sahə üzrə praktiki biliklərin aşılanması məqsədi ilə təqdimat həyata keçiriləcəkdir.

Qoşulmaq üçün nə tələb olunur?

Gələcək karyerasını sosial iş sahəsində qurmaq istəyən, sosial iş, sosial psixologiya, sosiologiya və ya əlaqəli ixtisaslar üzrə təhsil alan 3 və ya 4-cü kurs tələbələri müraciət edə bilərlər.

🔗Müraciət üçün link:https://lnkd.in/g3nCDtFZ

Müraciət üçün son tarix: 19.12.2021

20 Dekabr
15:00
4 saylı Bakı DOST Mərkəzi-Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 31-03

Qeyd: Yalnız müraciətdən uğurla keçənlərlə əlaqə saxlanılacaqdır .

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az