Şənbə, 16 Avqust, 2025

Dövlət Məşğulluq Agentliyi mühafizəçi peşəsi üzrə hazırlıq kursuna başlayacaq


  • Dərc edildi: 22 İyun, 2021 - 07:49
Dövlət Məşğulluq Agentliyi mühafizəçi peşəsi üzrə hazırlıq kursuna başlayacaq

Dövlət Məşğulluq Agentliyi mühafizəçi peşəsi üzrə hazırlıq kursuna başlayacaq

Dövlət Məşğulluq Agentliyi ilə “GESCO” ASC arasında əməkdaşlıq çərçivəsində “mühafizəçi” kursu təşkil olunacaq. Kurs Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edir.   Azərbaycan Respublikasının vətəndaşı olan, həqiqi hərbi xidməti bitirmiş, məhkumluğu olmayan, boyu 170 sm-dən yuxarı, 20-50 yaş arasında fiziki cəhətdən tam sağlam, minimum orta təhsilli kişi namizədlər kursda təhsil almaq üçün müraciət edə bilərlər.   Kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslər “GESCO” ASC tərəfindən mühafizəçi işi ilə təmin olunacaqlar.   Qeyd olunan tələblərə uyğun şəxslər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Məşğulluq Mərkəzi filiallarına və “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6611
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1538
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 597
“İnnovativ məktəb” l...