reklam

Dr. Şəhriyar Muxtarov – Nüfuzlu elmi jurnallar üçün məqalələrin yazılması

ASA-nın növbəti vebinarı Bakı Mühəndislik Universitetinin“Dünya iqtisadiyyatı” kafedrasının müdiri Dr. Şəhriyar Muxtarovun təqdimatında“Nüfuzlu elmi jurnallar üçün məqalələrin yazılması”mövzusunda olacaqdır. Təlimin məqsədi impakt faktorlu jurnalların tələbinə uyğun elmi-tədqiqat işlərini hazırlama və bu jurnallara təqdim etmə yollarının mənimsənilməsidir. Vebinarda müzakirə olunacaq mövzular:
  • Tədqiqatın xülasəsinin yazılması
  • Tədqiqat probleminin qoyuluşu
  • Tədqiqat probleminin mövcud siyasətdəki rolu
  • Tədqiqatın məqsədi
  • Tədqiqatın irəli sürdüyü fərziyyələr
  • Tədqiqatın nəzəri və praktiki töhfəsi
  • Ədəbiyyat xülasəsi
  • Nəzəri və konseptual çərçivə
  • Metodologiya və qiymətləndirmə
  • Qiymətləndirmə nəticələrinin interpretasiyası
  • Nəticə və təkliflərin yazılması
Vebinar Azərbaycan Elm AssosiasiyasınınFacebook səhifəsiüzərindən10 iyul saat 20:00-dan etibarən canlı yayımlanacaq. Təqdimatçı haqqında Şəhriyar Muxtarov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Unversitesinin “Türk Dünyası İşlətmə” fakültəsini bitirmişdir. 2010-2012-ci illərdə Türkiyə Respublikasının Mərmərə Üniversitetinin Bankçılıq və Siğortacılık İnstitutunda “Bank işi” üzrə magistratura təhsilini uğurla başa vurmuşdur. 2016-cı ilin yanvar ayında isə, Türkiyə Respublikası Mərmərə Universitetinə bağlı Bankçılıq və Siğortaçılıq İnstitutunda fəlsəfə doktorluğu dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Muxtarovun iqtisadiyyat təhsili sahəsində səkkiz ildən çox iş təcrübəsi var. Bu illər ərzində, Türkiyə bursları, Erasmus Mundus və Erasmus+ təqaüdçüsü olmuşdur. Muxtarov 60-dan çox elmi əsərin (bunlardan 30-dan çoxu Web of Science və Scopus məlumat bazalarında indekslənən jurnallarda dərc edilmişdir) və 1 dərs vəsaitinin müəllifidir. İki dərsliyin İngilis-dilindən Azərbaycan-dilinə tərcüməsində iştirak etmişdir. Dr. Şəhriyar Muxtarov, hal hazırda Bakı Mühəndislik Universiteti “Dünya iqtisadiyyatı” kafedrasının müdiri vəzifəsində işləyir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az