Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssis vakansiyası

Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssis Ümumi məlumat Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssis vakansiyamıza müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər ·Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi; ·Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi; ·Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması; ·Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi; ·Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi; ·Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi; ·Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi; ·Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi; ·Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi. Tələblər ·İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil; ·Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 2 il iş təcrübəsi; ·Yüksək ünsiyyətqurma qabiliyyəti; ·Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti; ·Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi; ·Bank əməliyyatları və biznes prosesləri barədə biliklər; Əgər təklifimiz Sizə maraqlıdırsa,https://hr.kapitalbank.az/portalımızdan qeydiyyat keçərək və yaxud[email protected]email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
__


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az