Bazar ertəsi, 2 İyun, 2025

Fənn olimpiadaları üçün buraxılış vərəqələrinin verilməsinə başlanılır


  • Dərc edildi: 10 Yanvar, 2022 - 07:32
Fənn olimpiadaları üçün buraxılış vərəqələrinin verilməsinə başlanılır

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi 22 yanvar 2022-ci il tarixində keçiriləcək.
Yanvar ayının 10-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqlərini yükləyə və çap edə biləcəklər. Proses 15 yanvar saat 18:00-a qədər davam edəcək.
IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının ARTİ-yə müvafiq təqdimatı əsasında həyata keçirildiyindən, həmin şagirdlər buraxılış vərəqlərini müvafiq qurumlardan və ya təhsil aldıqları ümumtəhsil müəssisəsindən əldə edə biləcək.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.
Respublika fənn olimpiadaları Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ-nin birgə təşkilatçılığı, "Kapital Bank" ilə əməkdaşlıq əsasında həyata keçirilir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 124
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...