Cümə, 15 Avqust, 2025

Gənc atalar və ata olmağa hazırlaşan şəxslərin nəzərinə!


  • Dərc edildi: 2 İyul, 2022 - 07:05
Gənc atalar və ata olmağa hazırlaşan şəxslərin nəzərinə!

Gənc atalar və ata olmağa hazırlaşan şəxslərin nəzərinə!
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsinin növbəti fazasına start verilir.
BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, “Gender Hub Azerbaijan” sosial platforması və “Azərbaycan Maarifçilər Assosiasiyası”nın dəstəyi ilə icra olunan layihənin əsas məqsədi gənc ataları və ata olmağa hazırlaşan şəxsləri uşağa qayğı və ev işlərində fəal iştiraka cəlb etməklə ailədaxili münasibətlərin gücləndirilməsinə və ailənin maddi rifahına mənfi təsir edən davranış normaları və gender-əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdən ibarətdir.
Layihə 8 şəhərdə aşağıda qeyd olunan tarixlərdə baş tutacaq:
15 iyul - 15 sentyabr: Bakı, Lənkəran, Mingəçevir, Qax
25 sentyabr - 25 noyabr: Sumqayıt, Gəncə, Tovuz, Ağstafa
Layihədə kimlər iştirak edə bilər?
21-36 yaş arası gənc atalar və ata olmağa hazırlaşan şəxslər;
Məsuliyyətli atalıq konsepsiyasını öyrənməyə motivasiyalı şəxslər;
Bakı, Gəncə, Ağstafa, Tovuz, Lənkəran, Mingəçevir, Qax və Sumqayıt şəhərlərində yaşayan gənc atalar və ata olmağa hazırlaşan şəxslər.
Əgər sən də məsuliyyətli atalıq konsepsiyasını daha dərindən öyrənərək övladınla birgə keyfiyyətli vaxt keçirmək istəyirsənsə, bu layihə sənin üçündür.
Qeydiyyat linki: https://cutt.ly/tKZ7N2L
Qeydiyyat üçün əlaqə nömrəsi: 077 306 75 50

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6534
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1478
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 577
“İnnovativ məktəb” l...