reklam

Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsinə yeni formatda start verilir!

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər tərəfindən çoxdan gözlənilən “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsinə start verir. Cari il üçün nəzərdə tutulan Müsabiqə çərçivəsində gənclər üçün yeni layihə istiqamətləri və yeni qiymətləndirmə mexanizmi tətbiq olunacaq. Gənclər Fondu 7 iyul 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaşlı gəncləri Müsabiqədə iştirak etmək üçün fərdi layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə müraciətləri Gənclər Fondunun E-Xidmətlər Sistemi (www.youthfoundation.az)və yaGencAPP mobil tətbiqivasitəsilə müsabiqəyə təqdim edilə bilər. Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır. Layihələrin istiqamətləri və müraciət meyarları:
İstiqamət Mövzular
“VətənimİZ” Qrantı Gənclər tərəfindən vətənpərvərlik təşəbbüsləri:
  • Vətənpərvərliyin təşviqi təşəbbüsləri
  • Vətən Müharibəsində Zəfərin qeyd olunması
  • Azərbaycan tarixinin, adətlərinin, milli-mənəvi dəyərlərin təbliği
“İnnovativ Gənclik” Qrantı Gənclər tərəfindən yeni innovasiya və texnologiyaların tətbiqinə yönələn təşəbbüslər:
  • Dördüncü Sənaye İnqilabı təşəbbüsləri
  • “Böyük Qayıdış” innovasiyaları
  • Nou-hau, ixtiraçılıq və robototexnika
  • Tətbiqlərin və e-xidmətlərin yaradılması
  • Gənclər üçün sosial biznes modelləri
“Gəncdən Gəncə” Qrantı Gənclər tərəfindən həmyaşıdları üçün qeyri-formal təhsil imkanlarını təqdim edən təşəbbüslər:
  • Təlim və tədris proqramları
  • Maliyyə savadlılığının artırılması
  • Kompüter savadlılığının artırılması
  • Şəhər mobilliyi və yol hərəkəti qaydaları haqqında maarifləndirmə
  • Sağlam həyat tərzi və velosipedlərdən istifadənin təşviqi
“Gənc İstedad” Qrantı Gənc istedadların müxtəlif istiqamətlərdə yaradıcılığına dəstək:
  • Memarlıq, dizayn, urbanistika
  • Ədəbiyyat, bədii qiraət və tarix
  • Teatr və kino
  • Musiqi və xoreoqrafiya
  • Təsviri incəsənət
“Gənclər Məkanı” Qrantı Gənclərin liderliyi ilə müxtəlif mövzular üzrə gənclər klublarının fəaliyyətinin təşkili təşəbbüsləri:
  • Ekologiya
  • Sahibkarlıq
  • Oxu və mütaliə
  • İntellektual oyunlar
  • Natiqlik və debat
  • Skautinq və kempinq
  • Digər
“Gənc Lider” Qrantı Gənclərin təşəbbüs qruplarının təşəbbüsləri:
  • İcma inkişafı
  • Araşdırma və tədqiqat
  • Klub fəaliyyətləri
“Azərbaycan Könüllüsü” Qrantı Gənclərin ictimai faydalı könüllü fəaliyyət təşəbbüsləri:
  • Sosial və inklüziv könüllülük
  • Ekoloji könüllülük
  • Mədəni könüllülük
  • Vətənpərvər könüllülük
  • Virtual könüllülük
  • Qan donorluğu
“Tələbə Təşəbbüsü” Qrantı Tələbə Gənclər Təşkilatlarının təşəbbüsləri:
  • Tələbə özünüidarəetməsinin inkişafı
  • Tələbə klublarının inkişafı
  • “VətənimİZ”,“İnnovativ Gənclik”,“Gəncdən Gəncə”,“Gənc İstedad”,“Gənclər Məkanı”qrant istiqamətləri üzrə Müsabiqənin ümumi meyarlarına cavab verən və təqdim olunan layihənin icrası üçün müvafiq bilik, bacarıq, istedadı olan gənclər müraciət edə bilər.
  • “Gənc Lider”qrant istiqaməti üzrə Müsabiqənin ümumi meyarlarına cavab verən və daimi fəaliyyəti mövcud olan gənclərin təşəbbüs qruplarının liderləri (rəhbər və təsisçiləri) müraciət edə bilər.
  • “Azərbaycan Könüllüsü”qrant istiqaməti üzrə Müsabiqənin ümumi meyarlarına cavab verən və müraciət etdiyi zaman könüllü fəaliyyətinə cəlb olunan və minimum 1 il davamlı könüllü fəaliyyəti təcrübəsi olan gənclər müraciət edə bilər.
  • “Tələbə Təşəbbüsü”qrant istiqaməti üzrə Müsabiqənin ümumi meyarlarına cavab verən və ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının müraciət etdiyi zaman səlahiyyətli olan seçkili nümayəndələri (sədr və sədr müavinləri) olan gənclər müraciət edə bilər.
Layihələrin müddəti: Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddətinin 3 ay müəyyən olunması tövsiyə olunur. Layihənin icrasının ən tez başlanma tarixi 1 sentyabr 2022-ci il nəzərdə tutulmalıdır. Layihənin icrasının yekunlaşma tarixi olaraq ən geci 15 dekabr 2022-ci il olaraq nəzərdə tutulması tövsiyə olunur. Layihələrin məbləği: Gənclər Fondu tərəfindən hər bir fərdi layihə çərçivəsində ayrılan qrant məbləği 5 000 (beş min) manatdan çox olmamalıdır. Müsabiqənin müddəti:
  • Layihə təklifləri7 iyul 2022-ci il tarixindənbaşlayaraq təqdim edilə bilər.
  • Layihə təklifləri üçün son tarix27 iyul 2022-ci il, saat 18:00.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
  • Müsabiqədə iştirak etmək üçün gənclər Fondun rəsmi internet saytında (youthfoundation.az) qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq sayt və ya GencAPP mobil tətbiqi vasitəsi ilə elektron qaydada müraciət etməlidirlər;
  • Müvafiq meyarlara cavab verən hər bir gənc qrant müsabiqəsi çərçivəsində 1 layihə təqdim etmək hüququna malikdir;
  • Müraciət edən gənc tərəfindən layihə təklifi müvafiq qaydada əsaslandırılmalıdır (layihənin hədəf və məqsədi, məqsədlərə nail olunması üçün görülməli işlər, gözlənilən nəticələr və digər istənilən məlumatlar aydın və konkret təsvir olunmalıdır);
  • Layihə təklifi yalnız bu elanda göstərilmiş istiqamət və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir;
  • Layihə təklifi reallığı əks etdirməli və icrası layihəni təqdim edən gənc tərəfindən mümkün olmalıdır;
  • Gənclər Fondu ilə qrant müqaviləsinin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Qrant müsabiqəsinin qalibi olan gənc layihənin rəhbəri olaraq çıxış etməlidir.
Layihə müraciətlərinə baxılması, ilkin ekspertizası və qiymətləndirilməsi:
  • Müsabiqəyə təqdim olunan bütün layihələr ekspertizadan keçirilir. Ekspertizanın əsas məqsədi təqdim olunmuş layihələrin məzmununun və onların yerinə yetirilməsi imkanlarının qiymətləndirilməsindən və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsindən ibarətdir.
  • Son müraciət tarixinədək müsabiqəyə təqdim edilmiş layihələrin və əlavə olunmuş sənədlərinmüsabiqənin mövzularına və müvafiq qaydalara uyğunluğu Gənclər Fondu tərəfindən müəyyən edilir.
  • Ehtiyac olduğu təqdirdə, müraciətçi gənclə Gənclər Fondunun inzibati binasında və ya onlayn formatda müsahibə aparılaraq müsabiqəyə təqdim olunmuş layihələrin aktuallığı və faydalılığı yoxlanılır.
  • Müsabiqənin meyarlarına və müvafiq qaydalara cavab verən layihə təklifləri qısa siyahıya alınır və müraciətçi gənc ilkin ekspertizanın Forum Qiymətləndirilməsi mərhələsinə dəvət olunur.
  • Forum Qiymətləndirilməsi mərhələsi çərçivəsində gənclərin ekspertlər qarşısında layihələrini müdafiə etməsi nəzərdə tutulur. Forum Qiymətləndirilməsi mərhələsindən sonra hər bir layihə təklifi üzrə arayış hazırlanaraq qiymətləndirmə və qərarının verilməsi üçün Gənclər Fondunun Müşahidə Şurasına təqdim olunur.
  • Forum Qiymətləndirilməsi mərhələsi Gənclər Fondunun müəyyən etdiyi yer və tarixlərdə həyata keçirilir. Forum Qiymətləndirilməsində iştirak etməyən gənclərin layihə təkliflərinə baxılmır.
Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:
  • Müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 4 oktyabr 2018-ci il tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədənkənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır.
  • Müraciətlərin qiymətləndirilməsi zamanı ictimai fəal və könüllü gənclərin layihə təkliflərinə üstünlük verilir.
  • Müraciətlərin qiymətləndirilməsi zamanı paytaxtdan kənar və kəndlərdə yaşayan gənclərin layihə təkliflərinə üstünlük verilir.
Aşağıdakı qrant alanların müsabiqədə iştirakına yol verilmir:
  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitmiş, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməmiş qrant alanlar;
  • Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz;
  • Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.
Müraciət üçün:Gənclər FondununE-Xidmətlər sistemi Mütləq tanış olun:Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci ildə təsis edilmiş Gənclər Fondu bu günə qədər gənclər və gənclər təşkilatlarının 5 minə yaxın layihəsini maliyyələşdirib, paytaxtda və regionlarda yaşayan gənclərin hərtərəfli inkişafı ilə bağlı silsilə proqramlar həyata keçirib.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az