Bazar, 17 Avqust, 2025

Group Motors şirkəti Satış Departamentində maaşlı “Təcrübə Proqramı”


  • Dərc edildi: 5 İyul, 2025 - 01:39
Group Motors şirkəti Satış Departamentində maaşlı “Təcrübə Proqramı”

Avtomobil sahəsində karyera qurmaq istəyirsən? Biz sənə bu fürsəti təqdim edirik!

Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru, Ford, Toyota və Neta avtomobil markalarının rəsmi distribyutoru olan Group Motors şirkəti Satış Departamentində “Təcrübə Proqramı” elan edir.

Təcrübə proqramından əldə edəcəksiniz:

Real iş təcrübəsi və satış sahəsində biliklərin inkişafı;

Peşəkar və təcrübəli komandada işləmək imkanı;

Uğurlu iştirakçılara gələcəkdə iş təklifi;

Təcrübənin sonunda Sertifikat və Tövsiyə məktubu.

 Təcrübə proqramı detalları:

Müddət: 6 ay;

Təlimlər: satış texnikası və avtomobil satışı ilə bağlı digər təlimlər;

Təcrübə sonunda imtahan: Uğurlu nəticələr əldə edənlər “Satış üzrə məsləhətçi” kimi işə qəbul edilə bilər;

Təcrübə proqramı şirkət tərəfindən ödənişlidir.

 Tələb olunan bacarıqlar və biliklər:

Ali təhsil müəssisəsinin məzunu (İqtisadiyyat, Biznes, Marketinq və s.);

Satışa maraq və müştəri yönümlü düşüncə tərzi;

Yüksək ünsiyyət və təqdimat bacarıqları;

MS Office proqramlarında işləmə bacarığı;

Azərbaycan və Rus dillərində sərbəst danışıq (İngilis dili üstünlükdür);

Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;

Fikrini izah etmə qabliyyəti və ünsiyyət yaratmaq bacarığı yüksək səviyyədə olmalıdır;

Stres altında işləmə qabiliyyəti və eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti yüksək səviyyədə olmalıdır;

Fəal və işə planlı yanaşma.

 Xahiş edirik, Təcrübə proqramı ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə «Group Motors - Təcrübə proqramı» qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.

 

Yalnız «Group Motors - Təcrübə proqramı» qeydi ilə göndərilən cv-lərə baxılacaq.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6737
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1608
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 637
“İnnovativ məktəb” l...