Vəzifə: Həkim (kardioloq)
İş yeri: Mərdəkan qəsəbəsi
İş təcrübəsi:Minumum 1 il iş təcrübəsi
Təhsil: Ali tibb təhsili
Yaş həddi: 27 - 50 yaş
Vəzifə öhdəlikləri:
-Qəbula gələn xəstələrin ilk öncə kardioloji müayinəsi aparmaq (EKQ);
-Xəstələrin kardiolojikonsultasiyasını etmək;
-Tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək;
-Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək;
-Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq;
-Stasionarda xəstəyə gündəlik baxış keçirmək. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək;
-Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək;
-Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək;
-Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək;
-Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək;
-Sanitar-maarifləndirmə işini aparmaq. Etik davranış qaydalarına riayət etmək;
-Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;
-Həkim (kardioloq) olaraq qəbul edilmiş xəstələrin kardioloji-revmatoloji müayinəsini aparmaq, müəyyən analizlərin əsasında xəstələrin müalicəsində korreksiyalar etmək, reabilitasiya zamanı kardioloji və revmatoloji xəstəliklərlə bağlı meydana gələ biləcək fəsadların qarşısını almaq;
-Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.
Əmək haqqı: 1000 AZN-dək
Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
İş qrafiki: 6 gün
Müraciət qaydaları:[email protected]elektron poçt ünvanına mövzu hissədə vəzifə adınıyazaraq CV göndərməklə müraciət edilir.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur