VIII Hesabat-Seçki Qurultayı keçiriləcək


Hörmətli gənclər təşkilatlarının rəhbərlər və nümayəndələri,



Sizləri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 23 noyabr 2021-ci il tarixində keçiriləcək XVIII Hesabat-Seçki Qurultayında iştirak etmək üçün qeydiyyatdan keçməyə çağırırıq.

advertisement


Qeyd edək ki, Qurultayda Milli Şuranın seçkili orqanlarına (sədr, sədr müavinləri, Mərkəzi Nəzarət Təftiş Komitəsi və İdarə Heyətinin üzvləri) vakant vəzifələrinə seçkilərin keçirilməsi, eyni zamanda ARGTMŞ-ın son seçki dövrü ərzində fəaliyyəti ilə bağlı hesabatın verilməsi məqsədi ilə həyata keçiriləcək.



advertisement
ARGTMŞ seçkili orqanlarında aşağıda göstərilən vəzifələr üzrə seçkilərin keçirilməsi nəzərdə tutulub:



Sədr – 1 nəfər

Sədr müavinləri – 2 nəfər

advertisement
Büro üzvləri – 7 nəfər

MNTK üzvləri – 5 nəfər



Namizəd irəli sürən üzv təşkilatlar üçün tələb olunan sənəd formaları:

advertisement
1) Namizədi irəli sürən üzv təşkilat tərəfindən təstiq edilmiş ərizə forması;

2) Namizədin müraciət məktubu;

3) Namizədin fəaliyyət planı və ya platforması (sədr və sədr müavinliyinə müraciət edən namizədlər üçün nəzərdə tutulub);

4) Tərcümeyi-hal;

5) Kadrlar uçotunun şəxsi vərəqəsi;

advertisement
6) 3x4 ölçüdə 1 ədəd fotoşəkil;

7) Şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin sürəti;

Qeyd olunan sənədlər toplusunu bioda yerləşdirilən linkə əlavə etməyiniz xahiş olunur.



advertisement
Məlumat üçün bildirək ki, təşkilat rəhbərinin iştirakı mümkün olmadıqda tədbirdə iştirakı nəzərdə tutulan əsas nümayəndəyə təşkilat rəhbəri tərəfindən səsvermə hüququnun ötürülməsi ilə bağlı yazılı vəkalətnamə verilməlidir. Vəkalətnamə təşkilat rəhbərinin imzası və təşkilatın möhürü ilə olmalı, 22 noyabr 2021-ci il, saat 18:00-a qədər [email protected] e-mail ünvanına göndərilməlidir. Vəkalətnaməsi olmayan qeyri-rəhbər nümayəndələr səsvermə üçün mandat ala bilməyəcək.



ARGTMŞ-nın XVIII Hesabat- Seçki Qurultayında iştirak etmək üçün qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfrs0_tcjaOOl7cduADqAlv0ttsZ2dn9ExyPnR2rGuZlRt9KQ/viewformh


advertisement

NAYORA rəhbər strukturlarına üzv lük üçün qeydiyyat linki:




BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az