Vəzifə:Hüquqşünas
Vəzifənin icra ediləcəyi şirkət:
·Yurd Pharma MMC - 10 ildən artıqdır bazarda mövcud olan şirkət dərman vasitələri və qida əlavələrinin idxalı və topdan satışı ilə məşğuldur, həmçinin, marketinq fəaliyyəti göstərir.
Vəzifə öhdəlikləri:
·Şirkət fəaliyyətinin hüquqi tənzimləməsinin həyata keçirilməsi;
·Hüquqi rəylərin hazırlanması;
·Şirkətin əməkdaşlıq etdiyi yerli və xarici şirkət və müəssisələrlə münasibətlərin hüquqi tənzimlənməsinin aparılması (müqavilə və digər sənədlərin düzgün, qanunvericiliyə uyğun hazırlanmasını təmin etmək)
·Əmək münasibətlərində yaranan mübahisəli məsələlərdə hüquqi tənzimləmələrinin aparılmasına köməklik göstərmək (lazimi sənədlərin toplanmasında göstəriş vermək, məhkəmə işlərində şirkətin təmsil olunmasını həyata keçirmək)
·Məhkəmə qərarlarının icrasının təmin olunması
·Dövlət qurumları və təşkilatları ilə münasibətlərin hüquqi tənzimlənməsinin təşkil edilməsi.
·Məhkəmələrdə, digər dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Şirkətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək;
·Müqavilələrin icrası ilə əlaqədar dəymiş və ya dəyə biləcək zərər risklərinin (ziyanın, itkilərin) aradan qaldırılması məqsədilə müvafiq məktub, bildiriş, iddia, pretenziya və digər bu tipli sənədlərin hazırlanması;
·Struktur bölmələr tərəfindən hazırlanan müqavilə və müqavilə xarakterli sənədlərin hazırlanması prosesinə köməklik göstərilməsi, müvafiq əlavə və dəyişikliklərin edilməsi;
·Hüquqi xarakterli müraciətlərin hazırlanması
·Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə rəhbərliyə məruzə etmək, sənədləri hazırlamaq və göndərmək;
Vəzifəyə tələblər:
·Təhsil – müvafiq sahə üzrə ali təhsil (təhsilin daha yuxarı pillələri üstünlükdür)
·İş təcrübəsi - 8-10 il korporativ-hüquq sahəsində iş təcrübəsi
·Dəqiq, səliqəli işləmə qabiliyyəti
·Nəzarət, işi təqibetmə və analiz etmə qabiliyyəti
·Detallara diqqət
·Məsuliyyətlilik
·Etibarlılıq
·Rus dilində danışmaq və yazmaq qabiliyyəti üstünlük hesab olunur.
İş yeri: Bakı şəhəri
İş rejimi: Həftəlik 5 gün/ 09:00-18:00 (iş saatlarında razılaşma edilə bilər)
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Müraciət qaydaları:
CV-ni[email protected]ünvanına “Hüquq” başlığı (tema/subject) ilə göndərirsiniz.
Qeyd: Hər bir müraciətə 2 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur.
Son müraciət tarixi15.09.2021
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur