Azərbaycan Supermarket MMC "İnsan resursları üzrə kiçik inzibatçı" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
· Əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına əsasən işçilərin düzgün şəkildə işə qəbul edilməsi və xitam verilməsi (1C və elektron Hökumət Portalı- EMAS)
· Müqavilələrin hazırlanması, imzaladılması
· Şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
· Əmək kitabçalarının düzgün şəkildə doldurulması, qeydiyyatının aparılması və təhvil verilməsi
· Müxtəlif növ arayışların hazırlanması
· İşçilərin barmaq izlərinin “finger” və/və ya üz tanıma aparatında tanıdılması
· Tələb olunduğu halda iş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərinin yoxlanılması və ayın sonu bağlanılması
· İşçilərin tibbi yoxlamadan (obliqat kabinet) keçirilməsinin təşkilində iştirak etməsi
· Gündəlik İnsan Resursları ilə bağlı proseslərin əlaqələndirilməsi və idarə edilməsində dəstək göstərməsi.
· Tələb olunan digər tapşırıq və vəzifə öhdəliklərini yerinə yetirilməsi.
Tələblər:
· Ali təhsil
· Müvafiq sahə üzrə minimum 1 il təcrübəsi
· Müvafiq sahə ilə bağlı qanunvericilik və Əmək Məcəlləsi üzrə biliklər
· Güclü ünsiyyət bacarığı.
· Tənqidi düşüncə və təhlil bacarıqları.
· Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarıqları.
· Sərbəst Microsoft Office istifadəçisi.
· Çeviklik və tez öyrənmək qabiliyyəti.
· Qərgin iş şəraitində işləmə bacarığı.
· Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Maraqlanan namizədlər [email protected] email ünvanına "İnsan resursları üzrə kiçik inzibatçı" başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.