İT Biznes Analitik təcrübəçi vəzifəsi üzrə motivasiyalı və detallara diqqət yetirən namizəd axtarırıq. Siz İT və biznes komandalarımızla sıx əməkdaşlıq edərək sistemlərimizin, proseslərimizin və müştəri təcrübəsinin inkişafına yönəlmiş tapşırıqların yerinə yetirilməsinə dəstək göstərəcəksiniz.
Əsas Vəzifələr:
Analitiklə birgə çalışaraq biznes tələblərini anlamaq və ilkin sənədləşdirmədə iştirak etmək;
Texnologiya vasitəsilə proseslərin optimallaşdırılması imkanlarını müşahidə etmək və qeyd etmək;
Yeni sistemlərin və ya tətbiq olunan dəyişikliklərin test prosesinə dəstək vermək;
Biznes prosesləri və sistem tələblərinə dair sadə sənədlərin hazırlanmasında iştirak;
İT və biznes komandaları arasında məlumat axınını təmin etmək üçün əlaqələndirmədə iştirak.
Təhsil və İxtisas:
Hal-hazırda Biznes İdarəetməsi, İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə bakalavr təhsili alan namizədlər;
Sertifikatlar: Power BI, SQL və proqramlaşdırma dilləri ilə bağlı sertifikatlar olması arzuolunandır;
Agile komandası ilə işləmə təcrübəsi olmasa belə, bu metodologiya haqqında ilkin anlayışın olması müsbət dəyərləndiriləcəkdir.
Bilik və Bacarıqlar:
Microsoft Office (Word, Excel, PowerPoint)-Əla səviyyədə
JIRA & Confluence-yaxşı səviyyədə
SQL və Verilənlər Bazası-başlanğıc səviyyədə
Power BI və ya Tableau (BI Alətləri)-başlanğıc səviyyədə
BPMN Alətləri (Bizagi, Camunda, FigJam və s.)-orta səviyyədə
API-lər və Postman / Swagger-başlanğıc səviyyədə
Excel-də Dərin Analiz (Pivot Tables, VLOOKUP, Makrolar)-orta səviyyədə
Proqramlaşdırma (Python və ya JavaScript)-arzuolunandır
Agile, Scrum, SAFe, Kanban haqqında ümumi məlumat-başlanğıc səviyyədə
Dil bilikləri: İngilis və ya Rus dili olması arzuolunandır.
Üstünlüklər:
SWOT analizi, proses modelləşdirmə və ssenari tərtibi bacarıqları;
Vizual alətlərlə işləmə bacarığı: Visio, FigJam, Balsamiq;
Sığorta və bank sektorunda marağı və gələcəkdə bu sahələrdə işləmək istəyi olan namizədlərə üstünlük verilir.
Sizə Nə Təklif Edirik:
Praktiki təcrübə və real layihələrdə iştirak imkanı;
Peşəkar analitik və İT komandası ilə əməkdaşlıq;
Mentor dəstəyi ilə fərdi və peşəkar inkişaf;
Gələcək karyera üçün güclü baza və şəbəkə qurmaq imkanı.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb