İdman müəlliməsi Tələblər: - Yaş həddi: 30 – 40 yaşlı xanımlar; - Komandada işləmək bacarığı; - İngilis və Rus dil bilgisi; - Bir Fitness Təlimçisi kimi azı 5 il iş təcrübəsi. - Erkən və ya gec növbələrdə və həftə sonları işləmək. - İlk Yardım təcrübəsi. - Mükəmməl ünsiyyət bacarığı. - İnsanları öyrətmək və motivasiya etmək bacarığı. İş haqqında məlumat: - Müxtəlif məşqlər və hər bir müştərinin ehtiyaclarına uyğun şəxsi idman və pəhriz planları hazırlamaq. - Müştərilərə qidalanma, kilo nəzarəti və həyat tərzi problemləri haqqında məlumat və ya mənbələr təqdim etmək. - İdman, istirahət fəaliyyəti və idman vasitələrinin istifadəsi ilə bağlı təhlükəsizlik qaydalarını müştərilərə izah etmək. - İdman salonunun təmizliyini, sağlamlığını və güv�
�nlik təhlükəsi olmadığını təmin etmək. - Məşqlər və ya dərslər zamanı fərqli fitness və bacarıq səviyyələri üçün alternativ məşqlər planı hazırlamaq. - Müştərilərin düzgün üsullardan istifadə etdiklərinə əmin olmaq və məşqləri izləmək. - İdman zalında yerləşən avadanlıqların daima işlək vəziyyətdə olmasına nəzarət etmək. İş rejimi və qaydası: - Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi; - Geyim, gigiyena və pandemi qaydalarına tam riayət etmək; - AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İdman müəlliməsi” qeyd olunmalıdır) göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb