Bazar ertəsi, 2 İyun, 2025

İnsan Hüquqları Gününə dair Müsabiqə


  • Dərc edildi: 18 Noyabr, 2021 - 08:34
İnsan Hüquqları Gününə dair Müsabiqə

Avropa İttifaqı (Aİ) Nümayəndəliyi 10 Dekabr, İnsan Hüquqları Gününü qeyd etmək və hər kəsin insan hüquqları haqqında məlumatlılığını artırmaq üçün video müsabiqə təşkil edir. 14-18 yaş arasında olan iştirakçılar fərdi və ya qrup şəklində insan hüquqları mövzusunda 2-4 dəqiqəlik video klip hazırlamağa dəvət olunurlar.   Münsiflər heyəti ən çox bəyənilən üç videonu seçəcək. Videolar uşaq və gənclər də daxil olmaqla, hər kəsin insan hüquqlarına hörmət edilməsinin vacibliyi haqqında məlumatlandırmanın artırılması baxımından onların səmərəliliyinə; orijinallıq və yaradıcılığına; və video keyfiyyətinə görə qiymətləndiriləcək. Avropa İttifaqı Nümayəndəliyi birinci yerin qalibinə GoPro video kamerasını hədiyyə edəcəkdir. Müsabiqədənin 2-ci və 3-cü yerlərinin qaliblərinə müvafiq olaraq iPad və eBook reader hədiyyə olunacaqdır. Qalib videoları təqdim edən komandalar 2021-ci ilin dekabr ayında karantin şərtlərinə uyğun olaraq təşkil ediləcək tədbirdə mükafatlandırılacaqlar. Üç qalib video Aİ Nümayəndəliyinin onlayn platformalarında paylaşılacaq. Aİ Nümayəndəliyi tərəfindən göstərilən səyləri qiymətləndirmək üçün bütün iştirakçılara sertifikatlar veriləcəkdir. Təqdim olunan vid

eo ilə bərabər ərizə forması və videonun ingilis dilində qısa məsmuzu WeTransfer vasitəsilə[email protected](link sends e-mail)poçt qutusuna25 Noyabr 2021tarixinə qədər göndərilməlidir. Video Azərbaycan və ya ingilis dilində ola bilər. Videoda görüntüsü olan 18 yaşından kiçik şəxslər üçün valideyn və ya qəyyumdan yazılı icazə daxil edilməlidir. Ərizə forması və müsabiqənin rəsmi qaydaları ilə aşağıda tanış ola bilərsiniz. FileƏrizə Forması PDF iconMüsabiqənin Rəsmi Qaydaları

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 137
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 187
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 100
XVIII Beynəlxalq Ast...