Hal hazırda, komandamızda İnsan Resursları üzrə aparıcı mütəxəssis vakansiyası aktivdir.
Tələblər:
- İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2-3 il təcrübə;
- Ali təhsil (İnsan Resursları idarə olunması, Menecment və digər uyğun iqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və digər normativ-hüquqi sənədləri, aktları yüksək səviyyədə bilmək;
- Elektron Hökumət Portalları ilə (E-gov; E-sosial; İSB) işləmə bacarığı;
- Microsoft Office (Word, Excel, Power Point, Visio) proqramlarında sərbəst işləmək;
- Analitik düşünmə tərzi, ünsiyyətcil olmaq və təqdimat bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Problemləri həll etmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin uçotunun aparılmasına nəzarət edilməsi;
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyət cədvəllərinin tərtib olunması və izlənilməsi;
- İş vaxtının uçotunu nəzarətdə saxlamaq və işçilərin gündəlik davamiyyət cədvəllərinə nəzarət edilməsi;
- Aylıq tələb olunan İR hesabatlarını hazırlanması;
- İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələri təşkil edilməsi;
- İR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- İşə qəbul və adaptasiya planının hazırlanması, plana uyğun olaraq yeni əməkdaşın adaptasiya olunması;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri M.Əcəmi mst yaxınlığında yerləşir;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnsan resursları üzrə aparıcı mütəxəssis” yazmaqla ""[email protected]"" elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur