Kapital Bank namizədləri İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Koordinasiya və partnyorluq şöbəsinin insan resursları üzrə biznes partnyoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Partnyorluq etdiyi sahələrdən daxil olan yeni işçi ehtiyacını qəbul etmək, və müvafiq qaydada reyesterdən keçirmək;
Namizəd bazasındakı mövcud işə müraciət blanklarının vakansiyanın tələblərinə əsasən ilkin təhlilini aparmaq;
Bankın daxili qaydalarına əsasən bankın korporativ saytında və karyera portallarında elan yerləşdirməklə namizəd bazasının genişləndirilməsi üçün işlər görmək, yerləşdirdiyi elanların aktuallığına nəzarət etmək;
Kurasiya etdiyi vakansiyalar üzrə seçimlərin İşçi seçimi və axtarışı qaydalarının tələblərinə əsasən yerinə yetirmək;
Əməkdaşların motivasiya ehtiyaclarını müəyyən etmək üçün sorğuların keçirilməsi və ehtiyaclara uyğun olaraq əməkdaşların motivasiya paketini hazırlamaq;
Əməkdaşların qiymətləndirilməsində iştirak etmək, qiymətləndirmə prosedurlarının təkmilləşdirilməsi üçün təkliflər vermək;
İşçilərin təlim ehtiyaclarını müəyyən etmək, təlim şirkətləri ilə iş və təlimlərin seçilməsi prossesində iştirak etmək;
Partnyorluq etdiyi struktur üzrə təlim planlarını hazırlamaq, ona uyğun təlimlərin keçirilməsini təmin etmək və təlimlərin keyfiyyətinə daimi nəzarət etmək (təlim və təlimçinin qiymətləndirmə prosesini təmin etmək);
Korporativ tədbirlərin təşkilində iştirak etmək, kommunikasiya prosesinin davamlılığının təmin edilməsi üçün müxtəlif görüşlərin, fokus qrupların və s. keçirilməsini təmin etmək;
Partnyorluq etdiyi sahə üzrə bankdaxili yerdəyişmələrlə bağlı görüşlərin təşkil edilməsi və keçirilməsi;
Partnyorluq etdiyi strukturdan ayrılan əməkdaşlarla görüşlər keçirmək, onların işdən çıxma səbəblərini müəyyənləşdirmək, işdən çıxma səbəblərini analiz etmək və bununla bağlı hesabatlar hazırlamaq;
Sahə əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işini həyata keçirmək;
Agile strukturlara aid olan müxtəlif növ hesabatların təqdim etmək.
Tələblər
Ali təhsil;
Xarici dil biliyi (Rus, İngilis);
İR üzrə təcrübə (2+ il);
Ünsiyyətqurma qabiliyyəti, təşəbbüskarlıq, operativlik, analitik düşüncə;
Excel və texniki bilikləri (yaxşı səviyyədə);
Riyazi və texniki yönümlülük.
Əgər təklifimiz Sizə maraqlıdırsa,https://hr.kapitalbank.az/portalımızdan qeydiyyat keçərək və yaxud[email protected]email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur