Çərşənbə, 30 İyul, 2025

İnsan Resursları üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 7 İyul, 2021 - 11:40
İnsan Resursları üzrə mütəxəssis vakansiyası

Vakansiya: İnsan Resursları üzrə mütəxəssis Şirkət:: Auto Azerbaijan LLC (Hyundai) Əsas tələblər: • İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2 il təcrübə; • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır); • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək; • Elektron Hökumət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı; • Microsoft Office (Word, Excel, Visio) proqramlarında sərbəst işləmək; • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı; • Operativ və düzgün qərar vermək bacarığı; • Problemləri həll etmə bacarığı. Vəzifə öhdəlikləri: • Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi; • İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq; • Əmək kitabçalarında müvafiq qeydlər aparmaq; • Məzuniyyət cədvəllərinin təşkil olunması və izlənilməsi; • İş vaxtının uçotunu nəzarətdə saxlamaq və işçilərin gündəlik davamiyyət cədvəllərinə nəzarət etmək; • Aylıq tabelləri hazırlamaq; • İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələri təşkil edilməsi; • İnsan Resursları strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi; • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparılması; • Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək; • Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək. Əmək şəraiti: • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118 • 6 günlük iş rejimi; • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq. Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə CV-lərini[email protected]ünvanına yollaya bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 261
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 857
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 734
Azərbaycan Texnologi...