Bazar, 1 İyun, 2025

İnsan Resursları Şöbəsinin müdiri vakansiyası


  • Dərc edildi: 26 May, 2021 - 12:04
İnsan Resursları Şöbəsinin müdiri vakansiyası

İnsan Resursları Şöbəsinin müdiri

Mingəçevir Turizm Kolleci 2006-ci ildən ölkədə turizm sahəsində mütəxəssis hazırlayan yeganəorta-ixtisastəhsil müəssisəsidir. 2018-ci ildən Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası DövlətTurizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş təşkilatların sırasına daxil edilmişdir. Kollecin məqsədi ölkədə xidmət sektorunda mövcud iaşə müəssisələrində və turizm-sənayesinin mövcud digər müəssisələrində çalışacaq orta səviyyəli menecerlərin yetişdirilməsidir.

Ümumi tələblər:

·Ali təhsil;

·Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;

·MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti.

·İnformasiyanın təhlili və analiz etmək bacarığı;

·Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

·Daim təşəbbüskar, davamlı və qərəzsiz fəaliyyət

Vəzifə öhdəlikləri:

·E-gov portalında əməliyyatların icra edilməsi, elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;

·Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması və müvafiq sənədləşmənin təşkil edilməsi və nəzarət edilməsi;

·Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılması və nəzarət edilməsi;

·Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;

·Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;

·İnsan resursları şöbəsinin işçilərinə nəzarət etmək.

Namizədə dair üstünlüklər:

·Magist təhsili olan;

·Xarici dil biliklərinə (ingilis, rus dili və s.) malik olan.

İş şəraiti:

·İş yeri –Mingəçevir Turizm Kolleci (20 Yanvar küçəsi 12)

·İş qrafiki, iş vaxtı: 5 iş günü saat 09:00-dan 18:00-dək ;

·Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;

Namizədlər öz CV- formasını “insan resursları” başlığı altında[email protected]elektron ünvanına göndərməlidir.

Əlaqə vasitələri:

+994 (24) 274-34-34

--

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 123
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 176
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...