“İrəli” İB nəzdində işçi qruplar yaradılır

“İrəli” İB nəzdində işçi qruplar yaradılır   “İrəli” İctimai Birliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində bir çox tədbirlər həyata keçirilməkdədir. Belə tədbirlərin davamı kimi, ictimai birlik nəzdində mövcud pandemiya şəraitində fərqli istiqamətlər üzrə gənclərin maariflənməsi, gənclər təşkilatları və gənclər mərkəzlərinin fəaliyyətlərinin daha yaxşı təşkil edilməsi üçün müəyyən resursların formalaşması məqsədilə “işçi qruplar” yaradılır. Formalaşdırılacaq qruplar gənclərlə iş sahəsində qarşımıza çıxan problemlərin daha effektiv həlli üçün araşdırmalar edəcək, ekspert qrupu tərəfindən seçilmiş kitabların tərcüməsi, rəqəmsal alətlərdən istifadə bələdçisinin hazırlanması, gənclər üçün faydalı bloqların yaradılması, həmçinin, sosial sorğuların təşkili kimi məsələlər üzrə fəaliyyət göstərəcək. Hər bir işçi qrupu fərqli fəaliyyət istiqamətlərinə malik olacaq. Belə ki, “Smart” qrupu təşkilat nəzdində kitabların tərcüməsi, “Dizayn” qrupu vasitəsilə isə tərcümə olunmuş kitabların və elektron materialların dizayn işi həyata keçiriləcək. Bununla yanaşı, gənclər üçün faydalı bloqların yaradılması sahəsində “Bloq” qrupunun, gənclərlə iş sahəsində yaranan problemlərin effektiv həlli üçün araşdırmaların edilməsi məqsədilə isə “Araşdırma” qrupunun fəaliyyətə başlaması nəzərdə tutulur. Qruplarda fəaliyyət göstərmək istəyən gənclər müraciət edilən sahə üzrə bilikli, komanda ilə işləmək, araşdırma bacarığına sahib, məsuliyyətli və təşəbbüskar, həmçinin, müvafiq xarici dil biliklərinə malik olmalıdırlar. Layihədə iştirak üçün qeydiyyat linki: http://ireli.az/working-groups-vol2/ Qeydiyyatdan keçmək üçün son tarix: 30 iyun 18:00

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az