Çərşənbə, 4 İyun, 2025

İş və icra şöbəsində təcrübəçi vakansiyası


  • Dərc edildi: 4 Oktyabr, 2021 - 14:07
İş və icra şöbəsində təcrübəçi vakansiyası

ABB Məhkəmə ilə iş və icra şöbəsinə təcrübəçi vakansiyası elan edir Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Görəcəyiniz işlər:

  • Problemli kreditlərlə bağlı ilkin sənədləşmənin təşkilini və bildirişlərin hazırlanaraq göndərilməsini təmin etmək;
  • İddia ərizələrinin və icra qeydlərinin aparılmasına dair sənədlərin hazırlanmasını təmin etmək;
  • Daxil olan məhkəmə qərarları ilə tanış olmaq, digər struktura ötürülməsini təmin etmək;
  • Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarlardan �
    �ikayətlərin hazırlanmasını təmin etmək;
  • Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparmaq;
  • Strukturun fəaliyyətinin effektivliyinin artırılması məqsədilə Problemli kreditlərlə iş praktikası və metodologiyası sahəsində araşdırmalar aparmaq.
Bizim üçün uyğun namizəd:
  • Ali hüquqi təhsilli;
  • Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
  • MS Office yüksək səviyyədə iş bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təcrübəçi-Hüquqşünas” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...