İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə 29, 30 iyun və 1 iyulda İsmayıllı və Şamaxı rayonlarında Açıq qapı günü keçiriləcək.
📌 "OBA Market” MMC-də satıcı-kassir vakansiyası üzrə işə qəbul olunmaq istəyən şəxslər 29 iyun 2022-ci il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən ünvana, 30 iyun 2022-ci il tarixdə isə İsmayıllı şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında təşkil ediləcək açıq qapı gününə qatıla bilərlər.
📌Bundan əlavə, 01 iyul 2022-ci il tarixdə, saat 10:00-dan 16:00-a kimi "Basqal İstirahət Kompleksi” nin "Açıq Qapı" günü keçiriləcək.
"Basqal İstirahət Kompleksi” MMC-də aşağıdakı vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər qeyd olunan tarixdə İsmayıllı rayon xidmət şöbəsinə müraciət edə bilərlər.
- Ofisiant
- Aşpaz
- Təmizlik personalı
- Mətbəxdə təmizlik işləri
- Hostess
- Camaşırxana personalı
➡️ Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
➡️ Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.
▶️ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Açıq qapı”da iştirak edən şəxslərə təqdim olunacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur