Bazar ertəsi, 2 İyun, 2025

IT Helpdesk vakansiyası


  • Dərc edildi: 5 Yanvar, 2022 - 13:12
IT Helpdesk vakansiyası

PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri IT Helpdesk vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri ·Telefon və ya e-poçt vasitəsilə texniki yardım istəyən işçilər üçün ilk əlaqə nöqtəsi kimi xidmət etmək; ·Diaqnostika üsulları və müvafiq suallar vasitəsilə nasazlıqların uzaqdan aradan qaldırılmasını həyata keçirmək; ·Müştərilər tərəfindən verilən məsələ və təfərrüatları əsasında ən yaxşı həll yolunu müəyyən etmək; ·Problemin həlli prosesində işçilərə dəstək olmaq; ·İT məhsulları və ya xidmətləri haqqında dəqiq məlumat vermək; ·Tələb olunan proqramı həm uzaqdan, həm də yerində quraşdırmaq və konfiqurasiya etmək; ·Avadanlıqları yerində quraşdırmaq və istifadə prinsiplərini izah etmək; ·Hadisələri, problemləri və onların həllinin qeydiyyatını aparmaq. Texniki Bacarıqlar ·İnformasiya sistemlərinin qurulmasının əsas biliklər

i və prinsipləri; ·Kompyüter texnikası haqqında əsas bilik və anlayış; ·Windows ailəsinin ƏS ilə işləmək üçün əsas bilik və bacarığı, DNS, DHCP, AD haqqında anlayış. İş qrupu və domen arasındakı fərqlər; ·LAN şəbəkə texnologiyaları ilə işləmək üçün ilkin bilik və bacarıqlar, OSI modelini, şəbəkə avadanlıqlarının iş prinsipini başa düşmək; ·PC və tətbiqi proqramları bilmək. Namizədlərə əsas tələblər ·Ali təhsil (texniki ixtisasa üstünlük verilir); ·İT sahəsində ən azı 1 il iş təcrübəsi; ·Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti; ·Əsas texniki problemlərin diaqnostikası və həlli bacarığı; ·Əla ünsiyyət bacarıqları; ·Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti. Maraqlanan şəxslər elektron məktub başlığında “IT Helpdesk” qeyd etməklə öz CV-lərini[email protected]ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 137
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 187
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 100
XVIII Beynəlxalq Ast...