Çərşənbə axşamı, 1 İyul, 2025

Kassir vakansiyası


  • Dərc edildi: 25 İyun, 2021 - 06:29
Kassir vakansiyası

“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Namizədə olan tələblər

• Dürüstlük, dəqiqlik və məsuliyyətlilik; • Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı; • Riyazi bilik.

Vəzifə üzrə tələblər

• Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək; • Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək; • Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək.

İş şəraiti

• 6 günlük növbəli iş qrafiki; • Şirkət hesabına nahar; • Şirkət daxili təlim və inkişaf imkanları; • Əmək haqqı 376 manat (gross); • Ayna Sultanova, İnşaatçılar, Günəşli, Əhmədli ərazilərində işləyə bilənlərə üstünlük veriləcək.

Vakansiyaya müraciət üçün CV-ləri “Kassir” mövzusu ilə[email protected]e-mail ünvanına göndərməyiniz xahiş olunur

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 70
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 39
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 218
Məktəbəhazırlıq qrup...