Bazar ertəsi, 2 İyun, 2025

Könüllülərin layihə ideyalarının dəstəklənməsi üçün yeni müsabiqəyə start verilir!


  • Dərc edildi: 15 Aprel, 2022 - 02:52
Könüllülərin layihə ideyalarının dəstəklənməsi üçün yeni müsabiqəyə start verilir!

Könüllülərin layihə ideyalarının dəstəklənməsi üçün yeni müsabiqəyə start verilir!
Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq “Könüllü Təşəbbüslər” layihə müsabiqəsinə layihə təkliflərinin qəbuluna başlanılır.
Müsabiqə regionlarda könüllülük fəaliyyətinin inkişafı, könüllülərin ideyalarının dəstəklənməsi, könüllülər arasında sosial məsuliyyətin artırılması məqsədi ilə həyata keçirilir.
Azərbaycan könüllüsü olan 16-29 yaş aralığında fiziki şəxslər 5 istiqamət (sosial, ekoloji, vətənpərvərlik, icma təşəbbüsləri və heyvanlara qayğı istiqamətləri) üzrə layihələrini təqdim edərək müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan könüllüləri http://bit.ly/3ogepqw/ səhifəsinə daxil olaraq məlumatları göndərməklə müsabiqənin iştirakçısı ola bilərlər.
Müsabiqədə iştirak üçün layihə təklifləri 1 may 2022-ci il saat 18:00-dək yuxarıda qeyd olunan qaydada təqdim edilməlidir.
Qeyd: Müsabiqə çərçivəsində seçilən layihələrdə region könüllülərinin həmrəylik nümayiş etdirərək birgə fəaliyyəti əsas götürüləcək. Keçirilən layihələrdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə regionlarda mövcud Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri resurs mərkəzi rolunda iştirak edəcəkdir.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 0
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 70
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 138
Lisey və gimnaziyala...