Çərşənbə axşamı, 1 İyul, 2025

“Könüllülərin Zəfəri” Klipinin təqdimatı keçirilib


  • Dərc edildi: 7 Dekabr, 2021 - 14:28
“Könüllülərin Zəfəri” Klipinin təqdimatı keçirilib

“Könüllülərin Zəfəri” Klipinin təqdimatı keçirilmişdir. 06 dekabr 2021-ci il tarixində “Cinema Plus”da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülərin Zəfəri” layihəsi çərçivəsində “Könüllülərin Zəfəri” Klipinin təqdimatı keçirilmişdir. Klip 44 günlük Vətən Müharibəsində iştirak edən könüllü gənclərin fəaliyyətinə və “5 dekabr - Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuşdur. Klipdə əsas mesaj könüllü olmaq, könüllülərin iştirakı ilə qızıl hərflərlə tarixin yazıldığı anın qısa musiqili klip şəklində gənclərə aşılanmasıdır. Həmçinin könüllülərin Vətənə və dövlətə sevgi ilə xidmətindən bəhs edilir.   Klip Sizlərə təqdim olunur https://youtu.be/lQDwEycooXg   Klipin ərsəyə gəlməsində əməyi keçən şəxslər aşağıdakılardır: Layihə rəhbər

i: İmaməddin Quliyev Mus: Bəbir və Ülviyyə Bəbirli Söz: Səba Qafarlı Aranjiman: Bəbir Bəbirli Gənc ifaçılar Fərid Hüseynli Amir Paşayev Əmrah Musayev Leyla Tağıyeva Firuzə Məmmədova Rejissor: Orxan Əsgərov Operator: Cavid Yaqubov Montaj və rəng korreksiyası: Dmitriy Ponomaryov Təqdimat mərasimində “Könüllülərin Zəfəri” layihəsində iştirak edən Könüllülərə sertifikat və hədiyyələr təqdim olunmuşdur. Təqdimatda çıxış edən layihə rəhbəri, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyevin qeyd etdiyinə görə layihənin icrasının başlıca məqsədi gənclərin könüllülük hərakatına marağını daha da artırmaq, milli vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrdə gənclərin fəal iştirakını təmin etməkdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 32
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 18
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...