Bazar, 17 Avqust, 2025

Korporativ kreditlər üzrə Baş mütəxəssis vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 16 İyun, 2021 - 13:05
Korporativ kreditlər üzrə Baş mütəxəssis vəzifəsi üzrə vakansiya

"AFB Bank" Müştəri Xidməti strukturunun Korporativ kreditlər üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: Ali təhsil; -Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi; -Bank qanunvericiliyi bilikləri; -Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri; -Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı; -MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı. -Məsuliyyətlilik və dəqiqlik. İŞİN TƏSVİRİ: -Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək; -Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq; -Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinəçıxarılmasını təmin etmək; -Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək; -Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək; -Bankdaxili prosedurlarauyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlərüzrə kameral və səyyar monitorinqləri həyata keçirmək; -Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək; -Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə Baş mütəxəssis” qeydi edərək[email protected]elektron ünvanına göndərməyini xahiş edirik.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6734
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1606
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 637
“İnnovativ məktəb” l...