Böyüyən və inkişaf edən komandamızın üzvü ol!
Vəzifə: Korporativ satış şöbəsinin rəhbəri
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil (iqtisadiyyat, biznes, maliyyə və ya əlaqəli sahə üzrə);
Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür;
Korporativ müştəri ehtiyaclarını təhlil etmək və uyğun məhsulu təklif etmək bacarığı;
Bazar araşdırması və potensial müştəri axtarışı metodlarını bilmək;
Satış texnikaları və effektiv danışıqlar aparmaq bacarığı;
Müqavilə şərtlərinin hazırlanması və peşəkar təqdimatının həyata keçirilməsi;
Yüksək kommunikasiya, təqdimat və nəticə yönümlü iş bacarığı;
Müştəri yönümlü düşüncə və komandada işləmək bacarığı;
Müştəri münasibətlərinin idarə olunması üzrə biliklər (CRM əsasları).
Vəzifə öhdəlikləri:
Yeni korporativ müştəri bazasının qurulması və mövcud portfelin inkişaf etdirilməsi;
Korporativ müştərilərə sığorta məhsullarının təqdimatı və satışı;
Müştəri ehtiyaclarının təhlili və uyğun sığorta həllərinin hazırlanması;
Sığorta müqavilələrinin bağlanması və satış sonrası dəstəyin təmin olunması;
Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin mütəmadi hesabatlaşdırılması;
Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin hazırlanması;
Şirkətin satış və marketinq tədbirlərində aktiv iştirak;
Komandanın idarə olunması və satış proseslərinə rəhbərlik edilməsi;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri;
İmtiyazlar: Könüllü tibbi sığorta;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış şöbəsinin rəhbəri) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb