Çərşənbə, 6 Avqust, 2025

Kulis.az “İlin hekayəsi” müsabiqəsinə start verir


  • Dərc edildi: 15 Noyabr, 2021 - 13:02
Kulis.az “İlin hekayəsi” müsabiqəsinə start verir

Kulis.az “İlin hekayəsi” müsabiqəsinə start verir. Müsabiqənin şərtləri aşağıdakı kimidir: 1. Hekayələr bu il (2021-ci ildə) yazılmış olmalıdır.  

2. Mövzu və yaş məhdudiyyəti yoxdur. 3. Hekayə qəbulu bu gündən başlayaraq bu ilin dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək. 4. Müsabiqə üçün göndərilən bütün hekayələr Kulis.az saytında dərc olunacaq. Qaliblər təyin olunmuş münsiflər tərəfindən seçiləcək. Münsiflərin adı gizli saxlanılacaq. Qaliblərin adları bəlli olduqdan sonra münsiflər heyətinin də adları açıqlanacaq. Qaliblərdən biri Kulis.az saytının oxucuları tərəfindən seçiləcək. 5. İştirakçılar hekayə ilə birlikdə özləri haqqında məlumatı (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) [email protected] ünvanına göndərməlidirlər. Hekayənin müsabiqə üçün göndərilməsi mütləq qeyd olunmalıdır. 6. Hər iştirakçı yalnız bir hekayə göndərə bilər. 7. Qaliblərin adı 2021-ci il dekabrın 29-da açıqlanacaq. Mükafatlandırma mərasimi həmin gün saat 15.00-daAPAHoldinqdə keçiriləcək. Mükafatlar: Birinci yerin qalibi -1000 manat, İkinci yerin qalibi -800 manat, Üçüncü yerin qalibi -500 manatpul mükafatı ilə mükafatlandırılacaq. Kulis.az oxucuları tərəfindən onlayn formada seçiləcək qalib isə300 manatpul mükafatı ilə mükafatlandırılacaq.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5820
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1095
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 396
“İnnovativ məktəb” l...