Bazar, 1 İyun, 2025

“Macarıstanda əcnəbilər üçün iş imkanları” mövzusunda təlim təşkil olunub


  • Dərc edildi: 19 Oktyabr, 2021 - 05:13
“Macarıstanda əcnəbilər üçün iş imkanları” mövzusunda təlim təşkil olunub

Macarıstanda azərbaycanlı gənclərə “Macarıstanda əcnəbilər üçün iş imkanları” mövzusunda təlim təşkil olunub   Müstəqilliyimizin Bərpası Günü münasibətilə Macarıstandaki Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 17 oktyabr 2021-ci il tarixində Budapeştdə yerləşən Azərbaycan Evində “Macarıstanda əcnəbilər üçün iş imkanları” mövzusunda təlim baş tutub. İştirakçıları salamlayan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli Müstəqilliyimizin Bərpası Günü münasibətilə diasporumuzu təbrik edib və onlar üçün planlaşdırılan gələcək işlər barədə məlumat verib. Əsas təlimçi ABŞ-in Citi Bank şirkətinin Budapeştdəki ofisind

ə İnsan Resursları departamentində işləyən Yusif Ağayev olub, lakin tədbirdə iştirak edən digər təcrübəli şəxslər də bu mövzuda fikirlərini icma üzvləri ilə paylaşıblar. Tədbirə 30-dan çox iştirakçı qatılmışdı və onlara Macarıstandakı əmək bazarı, əcnəbilər üçün mövcud olan işlər barədə məlumatın necə əldə edilməsi, Azərbaycan vətəndaşları üçün tələb olunan iş icazəsinin mahiyyəti və proseduru izah olunub. Bundan başqa təlimçi yaxşı CV-nin necə hazırlanması, işəgötürmə müsahibələrinin necə baş verməsi, müxtəlif peşələr üzrə maaşlar barədə məlumatları tədbir iştirakçılarına çatdırmışdır. Təlimin gedişi zamanı və bitdikdən sonra mövzu barədə iştirakçılar öz suallarını təlimçiyə verərək daha ətraflı cavablar əldə etmişdirlər. Təlim bitdikdə iştirakçılar təşkil olunmuş kiçik furşet və içkilər ətrafında şəbəkələşərək bir-birilərilə tanış olmaq fürsəti əldə ediblər. Tədbirin sonunda ifa olunan canlı musiqi iştirakçıların gərgin təlimdən sonra istirahətinə yardımçı olub.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 130
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 183
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 99
XVIII Beynəlxalq Ast...