Şənbə, 16 Avqust, 2025

Maliyyə və risklərin idarə olunması üzrə təcrübəçi vakansiyası


  • Dərc edildi: 15 May, 2025 - 13:52
Maliyyə və risklərin idarə olunması üzrə təcrübəçi vakansiyası

Maliyyə və risklərin idarə olunması üzrə təcrübəçi vakansiyası

 

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Tələblər:

 

  • Ali təhsilli (Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya müvafiq sahələr üzrə bakalavr dərəcəsi);
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

 

İş haqqında məlumat:

 

  • Gündəlik maliyyə və bank əməliyyatlarını izləmək;
  • Ödəniş siyahılarını müntəzəm olaraq mərkəzi maliyyə komandası ilə hazırlamaq və təqib etmək;
  • Qrupdaxili, qrupdankənar cari hesabların üzləşdirilməsinin aparılması;
  • Gündəlik pul vəsaitlərinin hərəkətini izləmək, pul vəsaitlərinin hərəkəti ilə bağlı nəzarətçi tərəfindən tələb olunan hesabatları hazırlamaq;
  • Bank kredit əməliyyatını həyata keçirmək, nəticələrini izləmək və hesabat vermək;
  • Manat və xarici valyutada aparılan kredit əməliyyatlarına nəzarət etmək və ödənişləri həyata keçirmək;
  • Müəssisənin öhdəlikləri çərçivəsində təxirə salınmış ödənişləri və debitor borclarını izləmək, mümkün pul vəsaitlərinin hərəkəti riskləri barədə nəzarətçini məlumatlandırmaq;
  • Rəhbər tərəfindən tələb olunan maliyyə hesabatlarını hazırlamaq;

 

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Təcrübə proqramı Maaşlıdır;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə  bilərlər;

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə və risklərin idarə olunması üzrə təcrübəçi” göstərməyiniz xahiş olunur

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6635
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1558
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 601
“İnnovativ məktəb” l...