Vəzifə təlimatları
• Gündəlik xərclərin 1C proqramına uyğun xərc maddələri üzrə daxil etməlidir;
• Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-materialların mədaxili və məxaricini şirkətin daxili prosedurlarına uyğun olaraq sənədləşdirməli və 1C proqramında əks etdirməlidir;
• Aparılmış inventarizasiya nəticələrini sənədləşdirməli və 1C proqramına daxil etməlidir;
• Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasını təmin etməli, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmələrin 1C Mühasibat proqramında əks etdirilməsini təmin etməlidir;
• 1 C Mühasibat proqramında əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasına nəzarət etməli, hesabat ili bitəndə isə həmin məlumatların analitik və köməkçi (Excel) cədvəlində olan illik rəqəmlərə uyğunluğuna nəzarət etməlidir;
• Şirkətin mövcüd olan qaydalara əsasən gün bitdikdən sonra maddi-məsul şəxslərdən əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların və azqiymətli və tezköhnələn əşyaların hərəkəti (mədaxili, satışı, silinməsi, yerdəyişməsi və s.) barədə hesabatları tələb etməli və onlar əsasında 1C Mühasibat proqramında müvafiq müxabirləşmələri daxil etməlidir;
• Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-materialların və pul vəsaitlərin inventarizasiyası prosesində fəal iştirak etməlidir;
• 1C mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrü bağlamalıdır;
• Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Vahid muzdlu, Əmlak, Ödəmə mənbəyindən tutulan vergi və sair vergi üzrə hesabatları) hazırlanmasını və aidiyyatı qurumlara göndərilməsini təmin etməlidir;
• Hesabat dövrləri üzrə statistik hesabatlarının təqdim etməlidir;
Tələblər:
• Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
• Yaş həddi 30-45 yaş;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti,
• Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;
• Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
Digər məlumatlar:
• 6 günlük iş həftəsi,
• Nahar şirkət tərəfindən təmin edilir
• Korporativ nömrə ilə təminat
• Əmək haqqı 2000 AZN NET
• Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti
• Maraqlanan namizədlər öz CV-lərini HR@İCELAND.AZ elektron poçt ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb