Marketinq menecer vakansiyası

Ümumi məlumat

 
  • “166 Yükdaşıma və Logistika” namizədləriMarketinq və Biznesin inkişafı Departamentində Marketinq menecer vəzifəsinə müraciət etməyə dəvət edir!
Öhdəliklər
  • Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;
  • Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
  • Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
  • Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
  • PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
  • Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Marketinq planının və layihələrinin məhsuldarlığının idarə edilməsi;
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.
Tələblər
  • Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr təhsilinin olması;
  • Marketinq meneceri vəzifəsində minimum 2 il iş təcrübəsinin olması;
  • Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
  • Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
  • Yüksək səviyyədə kompüter bilgiləri;
  • Rus və ingilis dillərini sərbəst bilməli;
  • Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
  • Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.
İş şərtləri
  • 5 günlük iş qrafiki.
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
  • İş yeri: Nərimanov ray, Xətai pr 40 a.
Müraciət

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az