Bazar ertəsi, 18 Avqust, 2025

Marketinq mütəxəssisi vakansiyası


  • Dərc edildi: 10 Noyabr, 2021 - 14:20
Marketinq mütəxəssisi vakansiyası

"İnnovasiyalar Mərkəzi"nin bir üzvü olmaq və bizimlə birgə peşəkar karyera qurmaq istəyənlərin nəzərinə - 📢 Vakansiya var!
Vəzifənin adı: Marketinq mütəxəssisi
Vəzifə öhdəlikləri:
Mərkəzin marketinq strategiyası və marketinq planını hazırlamaq;
Marketinq planının icrasından irəli gələn işləri görmək;
Rəqiblərin araşdırılmasını və onlar üzrə məlumat bazasının daim yenilənməsini həyata keçirmək;
Marketinq büdcəsinin müəyyənləşdirilməsi üzrə təkliflər vermək və büdcənin icrası üzrə hesabatlar təqdim etmək;
Mərkəzin sosial şəbəkələrini idarə etmək;
Sosial şəbəkələrdə hədəf kütlələrinə uyğun kontent müəyyən etmək;
Mərkəzin internet saytını idarə etmək;
Mərkəzin xidmətlərinin təbliğatının aparılmasında iştirak etmək;
Mərkəzə yeni müştərilərin cəlb edilməsində iştirak etmək;
Mərkəzin imicinin yaxşılaşdırılması üçün tədbirlər görmək;
Mərkəzin satış planın icrasına dəstək vermək;
Mərkəzin rəhbərliyinin ona həvalə etdiyi digər işləri görmək.
Tələb olunan səriştələr:
Ali təhsil (marketinq ixtisasını bitirənlərə üstünlük verilir);
Marketinq sahəsində ən azı 1 il təcrübəsi arzuolunandır (təlim sahəsində marketinq təcrübəsi olanlara üstünlük verilir);
Sosial şəbəkələrdə işləmə təcrübəsi;
MS ofis proqramlarında yaxşı səviyyədə işləyə bilmək bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Rus və ingilis dillərində sərbəst danışmaq bacarığı;
Kontent yaratmaq bacarığı;
Dizayn proqramları ilə işləmək bacarığı.
Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində “Marketinq mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6784
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1651
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 649
“İnnovativ məktəb” l...