Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.
MƏQSƏD:
Layihənin əsas hədəflərindən biri də marketinq və brendləşdirmə yolu ilə ölkə daxilində və xarici auditoriya üçün Azərbaycanın cənub bölgəsindəki aqrar / eko-turizm məkanlarının görünürlüyünü və təbliğini artırmaqdır. Bu məqsədlə Avrasiya Əməkdaşlıq Fondu layihə çərçivəsində həyata keçirilən ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən seçilmiş bütün turizm məntəqələri üçün əsas marketinq planı və brendinq pateki hazırlayacaq yerli və/və ya xarici marketinq və kommunikasiya mütəxəssislərindən ibarət bir heyət toplamaq niyyətindədir.
İŞİN MƏZMUNU :
NECƏ MÜRACİƏT ETMƏK OLAR:
Maraqlanan namizədlər 30 iyun tarixinədək maliyyə təklifi və CV / tərcümeyi-hallarını[email protected]elektron poçt ünvanına göndərmələri üçün dəvət olunur. Zəhmət olmasa, mövzu hissəsində vəzifə adı olaraq“Marketinq və brendinq üzrə mütəxəssis”yazın. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.
- Yerli və beynəlxalq turizm bazarının, aqro/eko turizmə tələblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Layihənin əhatə etdiyi aqrar/eko-turizm destinasiyalarınının marketinq strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi;
- Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi, promoaksiyalarını və təkliflərini hazırlanması;
- Hər bir TD üçün SMM strateqiyasının hazırlanması;
- Layihə regionunda təklif olunan aqrar / eko-turizm xidmətləri üçün marketinq planının vacib hissəsini təşkil edəcək brendləşdirmə paketi hazırlanması (Paketə logolar, layihə turizm məkanları üçün vahid, tanınan və yaddaqalan bir marka yaratmaq üçün vacib olan digər komponentlər daxil ediləcək).
- Müvafiq sahədə ali təhsil;
- Marketinq və brendinq sahəsində minimum 3 il təcrübə;
- Azərbaycan və İngilis dili bilikləri
- Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti;
- Təşəbbüskarlıq və kreativlik keyfiyyətləri;
- Turizm sahəsində və regionlarda iş təcrübəsi əlavə üstünlük kimi nəzərdən keçirilir.
Sorğu və Araşdırmalar | 01 İyul 2021 – 01 Avqust 2021 |
Marketinq plan | 20 İyul 2021 – 20 Sentyabr 2021 |
Brendləşdirmə paketi | 30 İyul 2021 – 20 Sentyabr 2021 |
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur