reklam

Məlumat mərkəzi üzrə təcrübəçi, kiçik mütəxəssis, mütəxəssis vakansiyası

Məlumat mərkəzi üzrə təcrübəçi, kiçik mütəxəssis, mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda“Məlumat mərkəzi üzrə təcrübəçi, kiçik mütəxəssis, mütəxəssis”vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq“Call center_operator”qeyd etməklə öz CVlərinizi[email protected]ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Vəzifə öhdəlikləri:
  • Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması;
  • Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
  • Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi;
  • Daxil olan zəng zamanı satışın edilməsi və təyin olunmuş hədəflərə çatmaq;
  • Aylıq hesabatların hazırlanması;
  • Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək.
Tələblər:
  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır;
  • Word və Excel proqramlarından istifadə bacarığı;
  • Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik;
  • Komanda ilə işləmək bacarığı;
  • Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı;
  • İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.
Biz Sizə nə təklif edirik:
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az