Salam! Biz – YIĞIM Payment System, müasir və təhlükəsiz ödəniş həlləri yaradan innovativ Fintex şirkətiyik. Biz sadəcə texnologiyalarla işləmirik – biz onları inkişaf etdirir və təkmilləşdiririk!
Bizim missiyamız – ödənişləri sürətli, rahat və təhlükəsiz etməkdir. Daima bazardan bir addım öndə olmaq üçün innovativ texnologiyalar tətbiq edir və qabaqcıl məhsullar yaradırıq. Sən də bizimlə birlikdə sənayeni dəyişmək, möhtəşəm layihələr üzərində işləmək və gələcəyin ödəniş həllərini yaratmaq istəyirsənsə, deməli, bizə sən lazımsan!
Biz kimi axtarırıq?
Əgər sən:
· Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə,
· Yaradıcı yanaşmanı sevir və çətinliklərdən çəkinmirsənsə,
· Mürəkkəb məsələləri sadə və anlaşılan edə bilirsənsə,
· Bazardan bir addım öndə olan layihələrdə iştirak etmək arzusundasansa,
Deməli, siz bizim axtardığımız namizədsən!
Səni nələr gözləyir?
· Oracle SQL sorğularının yazılması və mövcud sorğuların optimallaşdırılması
· Postman vasitəsilə API-lərin test edilməsi və analiz olunması
· Java proqramlaşdırma dili ilə işləmə (baza səviyyəsində)
· Gündəlik hesabatların və sənədlərin hazırlanması (Excel, Word və s.)
· Məlumatları təhlil etmək və qərarqəbuletmə prosesinə dəstək vermək
Səndən gözləntilərimiz:
· Ali təhsil
· Müvafiq sahədə- 1 il iş təcrübəsi
· Dil bilikləri :Azərbaycan, və Rus dillərində sərbəst iş aparmaq qabiliyyəti
· Oracle SQL ilə işləmək üzrə bilik və təcrübə
· API-lərlə (REST) işləmə bacarığı, Postman ilə təcrübə
· Java və ya oxşar proqramlaşdırma dili üzrə baza biliklər
· Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
· Güclü analitik düşüncə və məsuliyyətli yanaşma
Biz nə təklif edirik?
· Rəqabətədavamlı əməkhaqqı.
· Çevik iş qrafiki (5/2).
· Rəsmi əmək müqaviləsi.
· Peşəkar və karyera inkişafı üçün geniş imkanlar.
· Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
· Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!
Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni [email protected] e-mail ünvanına göndər.
YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb