Vəzifə öhdəlikləri:
İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri, mükafatlandırma, intizam tənbehi və işdən azad olunma proseslərini qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirmək;
İşçilərin şəxsi işlərini formalaşdırmaq və yeniləmək;
Məlumat bazasında dəyişiklikləri və yenilikləri qeyd etmək;
Məzuniyyət cədvəlini tərtib və nəzarət etmək;
Məzuniyyət və ezamiyyət sənədlərini hazırlamaq və qeydiyyata almaq;
İş fəaliyyəti üzrə dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
Kadrlar üzrə hesabatlar tərtib etmək;
Yeni təyinatlar, qeyri-iş günləri, bayram və ad günləri ilə bağlı e-mail bildirişlər göndərmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Ali təhsil (insan resursları, idarəetmə və ya yaxın sahələr üzrə);
İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi (ali təhsil müəssisəsində müvafiq təcrübə üstünlükdür);
AR Əmək Məcəlləsinə dair biliklər və bu sahədə praktiki təcrübə;
Sənədləşdirmə və rəsmi yazışmaları yüksək səviyyədə icra etmək bacarığı;
Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Kompüter proqramlarında (MS Office) əla səviyyədə bilik;
İşgüzar etikaya riayət;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (İngilis və rus dilləri üstünlükdür);
Kreativ, ünsiyyətcil və inkişaf yönümlü olmaq.
Müraciət Qaydası:
Tələblərə uyğun namizədlərdən CV-lərini e-mailin mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” yazmaqla [email protected]
ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 10 avqust 2025-ci il
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb