Şənbə, 16 Avqust, 2025

Mühasib (Lənkəran şəhəri üzrə) vakansiyası


  • Dərc edildi: 20 Sentyabr, 2021 - 01:07
Mühasib (Lənkəran şəhəri üzrə) vakansiyası

Mühasib (Lənkəran şəhəri üzrə) Tələblər: – Ali təhsil; – 1C yüksək səviyyədə bilmək; – Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Tikinti sahəs üzrə təcrübə arzuolunandır); – Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları); – Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq; – Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır; – Komandada işləmək bacarığı; – Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq; – Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq. Vəzifə öhdəlikləri: - İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu, nəzarətini həyata keçirtmək - Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət - Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək - Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uyğun uçotunu təmin etmək - Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi - Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi - Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək - Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək - Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s.) - Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək İş şəraiti: - 6 günlük iş qrafiki; - İş yeri: Lənkəran şəhəri - Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Əlaqə: Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühasib (Lənkəran şəhəri üzrə)” üzrə yazmaqla ""[email protected]"" elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6617
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1541
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 599
“İnnovativ məktəb” l...