PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
·Şirkətin gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılmasının koordinasiyası (Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq);
·Mərkəzi Bank və müvafiq nəzarət orqanları ilə bütün qarşılıqlı əlaqələrin idarə olunması;
·Mərkəzi Bank tərəfindən müəyyən edilmiş əmsalların hesablanmasına nəzarət edilməsi;
·Maliyyə Uçotu Siyasətinin MUBS və MUMS əsasında işlənib hazırlanması və tətbiq edilməsi;
·Şirkətin Vergi Siyasətinin işlənib-hazırlanması, tətbiqi və vergi hesabatlığının təşkil edilməsi;
·Müvafiq hesabatların nəzarət orqanlarına (maliyyə və vergi) dəqiq və vaxtında təqdim olunması;
·Gündəlik cut-off-lara və EOM prosesinə nəzarət edilməsi;
·Gündəlik əsasda daxili müştərilərin sual və sorğularının cəvablandırılması;
·Vergi hesablanmasının, o cümlədən ödənilən və qaytarılan vergi məbləğinin düzgünlüyünü təmin etmək məqsədilə bütün ödənişlərin nəzərdən keçirilməsi;
·Mühasibat və vergi məsələləri üzrə metodoloji dəstək, müvafiq biznes vahidlərinə məsləhətlərin verilməsi;
·Qiymətli Kağızların uçotunu təmin etmək;
·Audit sorğusunun vaxtında icrasını təmin etmək;
·Şirkətin layihələrində Maliyyə Departamentinin təmsil edilməsi;
·Əmək haqqının hesablanması;
·Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Namizədlərə əsas tələblər
·Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
·Sahə üzrə 2 - 4 il iş təcrübəsi (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir);
·Milli Mühasibat Uçotu Standartları, ACCA / Dip İFRS / CIMA sertifikatları;
·AR Vergi Məcəlləsi bilikləri;
·Azərbaycan, rus və ingilis dillərində iş aparmaq qabiliyyəti;
·SAP proqram bilikləri;
·Analitik bacarıqlar;
·Güclü Excel bilikləri;
·Bazar üzrə biliklər;
·Məsuliyyətlilik və operativlik.
Maraqlanan şəxslər elektron məktub başlığında “Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis” qeyd etməklə öz CV-lərini[email protected]ünvanına göndərə bilərlər.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur