Satınalmalar üzrə mütəxəssis vakansiyası

Vakansiya: Satınalmalar üzrə mütəxəssis Tələblər Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onlarınehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir) İngilis dilində yüksək yazı və danışıq bacarığı mütləqdir. İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək. MS Office proqram biliklərin olması vacibdir. Rus dili biliyinin olması arzuolunandır. Bazarı təhlil etmək bacarığı Danışıqların aparılması bacarığı Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları Vəzifə öhdəlikləri -Təchizatçılar ilə əlaqələrin qurulması; -Satınalma sənədlərinin hazırlanma bacarığı; -Satınalma müqavilələri haqqında məlumatlı olmalı; -Xarici logistikanı bilməli; -Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi; -Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması; -Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı; -Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı -Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq -Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək -Satınalma müqavilələrinihazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq -Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək -Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək Dəyərlərimiz: o İnkişaf və davamlı öyrənmək istəyi o Qayğı göstərmək və kömək etmək istəyi o Dürüstlük və ədalətli mübadilə Şərtlər: -yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar təchiz edirik; -Sizə xidmət və məhsullarımız barədə maksimum məlumat verməyə hazırıq; -Xarici bazarı araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq - uğurlu təcrübəni bölüşmək imkanınız olacaq; -İş cədvəli: Həftənin 5 günü 9.00-dan 18.00-dək; Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin! Əmək haqqı: 700-1000 AZN Bu keçiddən istifadə edərək anket formasını yükləyin və doldurun. Doldurulmuş anketi CV ilə birlikdə vakansiyanın adını qeyd etməklə[email protected]ünvanına göndərməyi unutmayın. Bizimlə iş şən və perspektivlidir!
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az