Qrafik Dizayner vakansiyası

Vakansiya: Qrafik Dizayner Şirkət haqqında məlumat: “Halal-P” MMC 25 ildən çoxdur ki, bank, ofis və mətbəə avadanlığı bazarında fəaliyyət göstərir. Azərbaycan Mərkəzi Bankı, Paşa Bank, "Şərq – Qərb" ​​mətbəəsi, "Çaşıoğlu" mətbəəsi, əksər nazirliklər və dövlət komitələri və bazarın bir çox digər böyük oyunçuları bizim müştərilərimizdəndir. Daim böyüyürük. Pandemiya zamanı belə rəqiblərimizlə müqayisədə biznesimizdə minimum enmə ilə üzləşdik. İşçilərimizin sayı ortalama 60 nəfərdir. Bu o deməkdir ki, hər bir işçi unikaldır və biznesin inkişafına böyük töhfə verir - məhsula və proseslərə birbaşa təsir etmək qabiliyyətinə malikdir. Onu da vurğulayaq ki, səmimi bir iş atmosferimiz var. Şirkətdə çalışanların 40%dən çoxu 10 ildən artıqdır ki, bizimlədirlər. Tələblər ·Ən azı 2 il iş təcrübəsi ·Illustrator, Photoshop, InDesign və Figma proqramlarını mükəmməl səviyyədə bilmək ·Adobe Creative Cloud (Photoshop, İllustrator, Indesign, After Effects), Figma, Sketch və Corel Draw (ehtiyac olarsa) proqramları biliyi; ·Səlis doğma dil biliyi (Rus və İngilis dili biliyi üstünlük hesab olunur); ·Sosial Media və digər rəqəmsal məzmunların hazırlanmasında iş təcrübəsi; ·Səhifələrin və veb interfeyslərin tərtibatı və dizaynının hazırlanmasında iş təcrübəsi; ·Müasir veb və qrafik dizayn trendlərindən agah olması; ·Bundan başqa, şəkil çəkmək, hərəkət dizaynından xəbərdar olmaq, ikonoqrafiya və bu sahəyə aid digər bacarıqlar əlavə üstünlüklərdir. Vəzifə öhdəlikləri: ·Reklam dizayn konseptlərinin yaradılması; ·Sosial Media postlarının hazırlanması (şirkət daxili) ·Kataloq, jurnal və s. çap məhsullarının dizayn edilməsi ·Daxili kommunikasiya dizaynlarının yaradılması; ·Dizayn materiallarının çapa hazırlanması; ·Dizayn materiallarının ölçü adaptasiyası; ·Lazım olduqda Sosial Media üçün (əsas səviyyə) video montaj və 2D animasiyaların hazırlanması; ·Lazım olduqda səhifələrin və veb-interfeyslərin tərtibatı və dizaynının hazırlanması; ·Struktur rəhbərləri tərəfindən verilən digər tapşırıqların icra edilməsi. İş şəraiti: -AR Əmək Məcəlləsinə əsasən sənədləşmə -Iş cədvəli: standart 5 günlük 8.00-dan 17.00-dək -Əmək haqqı: 800-1000 AZN CV-ləri “Qrafik Dizayner” mövzusunu qeyd edərək[email protected]ünvanına göndərməyi unutmayın.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az