Çərşənbə, 20 Avqust, 2025

“Neftçi” PFK, “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun bilet satışından əldə olunan gəlirin yarısını Qarabağ Dirçəliş Fonduna ianə edəcək


  • Dərc edildi: 12 İyul, 2021 - 13:15
“Neftçi” PFK, “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun bilet satışından əldə olunan gəlirin yarısını Qarabağ Dirçəliş Fonduna ianə edəcək

“Neftçi” PFK, “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun bilet satışından əldə olunan gəlirin yarısını Qarabağ Dirçəliş Fonduna ianə edəcək   “Neftçi” PFK iyulun 14-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu biletlərinin satışından əldə olunacaq vəsaiti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fonduna və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna ianə edəcək.   UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun biletləri sabah saat 10:00-da satışa çıxarılacaq. Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 21:00-dək işləyəcək.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7013
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1781
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 702
“İnnovativ məktəb” l...